Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu

Elm və təhsil / Mədəniyyət / Araşdırma / Maraqlı / Şikayətlər / Gündəm

Dün, 17:49



Son günlər ictimaiyyətin diqqətini çəkən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və “Kurort” QSC-nin balansında fəaliyyət göstərən “Şıx” sanatoriyasında baş verən ciddi qanunsuzluqlar yalnız insan sağlamlığını deyil, dövlətin səhiyyə və nəzarət institutlarına olan inamı da sual altına qoyur. Əldə edilmiş sənədlər və aparılmış vətəndaş araşdırmaları göstərir ki, burada vətəndaşlara “termal su” adı ilə neft yataqlarından çıxarılan plast (lay) suları təqdim edilir. Bu suların nə mənşəyi məlumdur, nə də müalicəvi xüsusiyyətləri sübuta yetirilib. Əksinə, bu sularda insan sağlamlığı üçün təhlükəli komponentlərin olması da istisna edilmir.
Əldə olunan məlumatlara əsasən, nə AHİK sədri və onun aparatında çalışanlar, nə “Kurort” QSC-nin rəhbərliyi, nə də “Şıx” sanatoriyasının «yuxarıların göstərişi ilə təyin olunmuş» direktoru indiyədək qəsdən suyun mənbəyi ilə “yerində tanış olmayıblar”. Suyun real mənbəyini “yalnız su maşınının sürücüsü” bilir, çünki hər gün oradan sanatoriyaya su gətirir. Rəhbərlik bunu o məqsədlə edir ki, yoxlama olanda öz yaxasını geri çəksin, desinlər ki, guya suyun əsl mənbəyi barədə həqiqəti əks etdirən məlumatları olmayıbdır.
Buna görə də biz buradan bir daha bəyan edirik: “Şıx” sanatoriyasında pasiyentlərə vannalarda “termal su”, “mineral su”, “yod brom suyu” və “təbii müalicəvi su” adları ilə təqdim edilən texniki su Bibiheybət ərazisində neft quyularından çıxan lay sularıdır!
Həmin suyu SOCAR-ın mühafizə olunan ərazisindən su maşını ilə daşıyıb gətirmək üçün hətda həmin qurumla «Kurort» QSC arasında formal müqavilə də imzalanmış və SOCAR tərəfindən bu texniki suyun satılması üçün formal qiymət də təyin olunmuşdur.
Ən dəyşətlisi isə odur ki, bu günədək Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumların nümayəndələri bu syun mənbəyi ilə gedib tanış olmayıblar. Sual doğurur: niyə?
Bu vəziyyətin daha da təhlükəli tərəfi isə onun Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun (ETTB) rəhbərliyi və laboratoriya ekspertizası səviyyəsində rəsmi sənədlərlə “təbii müalicəvi su” kimi təsdiq edilməsidir. Belə ki, Rəna Musayeva tərəfindən imzalanmış 11.07.2025-ci il tarixli rəydə sanatoriyanın ərazisindəki hovuzdan götürülmüş suyun analizinə əsaslanaraq, su “hidrogensulfidli müalicəvi vannalar üçün yararlıdır” kimi təqdim edilib. Bu zaman suyun faktiki mənbəyi (quyu), quyunun yaxınlığında zərərli suyun toplanması üçün açıq havada xüsusi hovuz, nəqliyyat şəraiti və ərazi üzrə sanitar-epidemioloji vəziyyət araşdırılmayıb. Nümunələr yalnız guya sanatoriyadakı hovuzdan götürülmüş və nəticədə suyun real mənşəyi gizlədilmişdir. Yəni, əldə edilmiş rəsmi sənədlərə görə, Səhiyyə Nazirliyi bu fırıldağı rəsmi şəkildə leqallaşdırıb. Belə ki, su yalnız bir nöqtədən- sanatoriyadakı hovuzdan analiz olunub, digər əsas mərhələlər tamamilə yoxlanılmadan rəylər verilib. Bu isə “vəziyyətin bilərəkdən ört-basdır edilməsi”, “vətəndaşların həyatına təhlükə yaradılması” və “korrupsiya əlamətləri” deməkdir.
Ekspert tərəfindən sudan neft iyinin gəlməsi, suyun tərkibində yüksək miqdarda “hidrogensulfid (H₂S)”, “natrium”, “xlorid”, eləcə də “silisium”, “ortobor”, “arsen” və “üzvi maddələr” aşkar edilməsinə və tibb elminə görə buskomponentlərin düzgün doza və nəzarət olmadan tətbiq olunduqda “xroniki dəri, tənəffüs və mədə-bağırsaq pozuntuları”, eləcə də “onkopatologiyalarla” nəticələnə bilməsinə baxmayaraq suya yararlı olmasına və AZS-216-2006 standartına uyğun gəlməsinə dair rəy verilməsi cinayət deyilmi?
Xatırladak ki, bu standart ölkəmizdə istehsal olunan içməli mineral sularına verilir. Belə ki, Azərbaycanın AZS 2162006 (və 2024-cü ildə yenilənmiş AZS 216:2024) “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” adlı standartıdır. Bu standart yalnız yeraltı təbii mineral su mənbələrindən götürülən, qablaşdırılmış içməli mineral sulara şamil edilir . Yəni, AZS 2162006 yalnız butulka içməli su kateqoriyasındakı təbii mineral suların tərkibi, qablaşdırılması, sanitariyagigiyena və digər etibarlılıq göstəricilərini tənzimləyir.
Bu standart hər hansı sanatoriya vannalarına verilən suya, xüsusilə neft lay sularına şamil edilmir.
Məsələn, “İstisu” mineral su zavodu bu standart əsasında AZSTANDART tərəfindən sertifikatlaşdırılmış, istehlakçılara təqdim edilmişdir; yəni bu standart yalnız istifadə olunan mineral içməli su məhsulları üçün tətbiq olunur.
Neft quyularından çıxan lay (plast) suları isə tibbi istifadə üçün nəzərdə tutulmayan, ağır kimyəvi çirklənmələrə malik sənaye sularıdır.
Sanatoriya vannalarında istifadə edilən belə sular heç bir formada müalicəvi su kimi qəbul edilə bilməz və AZS 2162006 standartına uyğunlaşdırılmaları mümkün deyil. Buna görə də, “termal su” adı altında təqdim olunan lay suyu heç bir balneoloji və ya sanitariya normativinə uyğun gəlmir. AZS 2162006 - yalnız qablaşdırılmış içməli təbii mineral sulara tətbiq olunur, sanatoriya prosedurları üçün nəzərdə tutulmayıb.
«Kurort» QSCnin vannalarında istifadə etdiyi su- neftlə çirklənmiş lay suyu- bu standartın tələblərini qəti pozur.
Belə suyun “müalicəvi termal su” kimi təqdim olunması həm qanunsuzdur, həm də vətəndaşların sağlamlığına təhlükə yaradan açıq faktordur.
Ən təəccüblüsü odur ki, bu cür ziddiyyətli və qeyri-dəqiq rəyə ETTB-nin baş direktoru, tibb üzrə elmlər doktoru Mətanət Əfəndiyeva öz imzası ilə təsdiq vermişdir. Bu sənəd “Kurort ehtiyatlarının öyrənilməsi” şöbəsinin təqdim etdiyi və ciddi metodoloji və gigiyenik nöqsanlar daşıyan laborator nəticələrə əsaslanıb. Suyun mikrobioloji təhlili ümumiyyətlə aparılmayıb, nə də sanitar nəzarət prosedurlarına uyğun olaraq mənbə və nəqliyyat şəraiti yoxlanılmayıbdır.
Sənaye sularının sanitar-epidemioloji nəzarət olmadan istifadəsi bakterial kontaminasiyaya şərait yaradır. Suyun daşıma və saxlama prosesi zamanı bakterioloji çirklənmə ehtimalı artır. Daşınma zamanı çənlərin dezinfeksiya olunmaması, saxlanma şəraitinin natəmiz olması müxtəlif patogen mikroorqanizmlərin suya düşməsinə səbəb olur. Bu isə epidemioloji zəncirin formalaşmasına və infeksiyaların yayılmasına şərait yaradır. Görəsən bu barədə ETTB-nin baş direktoru, tibb üzrə elmlər doktoru Mətanət Əfəndiyevanın məlumatı varmı? Əgər varsa nəyə görə suyun əsaslı yoxlanılmasını təmin etməyibdir? Mətanət xanımın diqqətinə həmçinin çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının sanitariya normalarına və kurort-resursların istifadəsinə dair təlimatlara əsasən: «Termal mineral sular yalnız çıxarıldığı qaynaqda, hermetik və reaktiv olmayan materiallardan hazırlanmış çənlərdə, maksimum 24 saat müddətində saxlanılaraq istifadə olunmalıdır». Mətanət xanımın istifadəyə icazə verdiyi lay suları isə ümumiyyətlə termal deyil, günlərlə açıq havada qızmar günəşin altında Bibiheybət ərazisində saxlanılır, sonra pastlı çəni olan köhnə su maşınında daşınır sanatoriyaya və sonradan günlərlə sanatoriyanın qapalı hovuzunda saxlanılır. Bu suyun vannaya verilən zaman bakterioloji vəziyyəti nə gündədir onu yalnız Mətanət xanım özü bilir.
Qeyd olunan bu faktlar Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun və AZS-216-2006 standartının kobud şəkildə pozulmasına dəlalət edir. Lay sularının tərkibi kimyəvi və radioaktiv maddələrlə zəngin ola bilər və onların “termal su” kimi təqdim olunması qəti qadağandır. Belə bir suyun müalicə üçün istifadə olunması - vətəndaşların sağlamlığına bilavasitə təhlükə yaratmaqla yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə və məhkəməyə qədər gedən cinayət məsuliyyəti doğurur.
Mətbuatda artıq yayımlanmış çoxsaylı şikayətlər və təqdim edilmiş sənədlər fonunda məsələ Səhiyyə Nazirliyi səviyyəsində araşdırılmalı, Mətanət Əfəndiyeva və Rəna Musayeva kimi vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməlidir. Eyni zamanda, “Kurort” QSC-nin bütün sanatoriyalarında təqdim olunan su ehtiyatlarının mənşəyi və tərkibi yenidən müstəqil ekspertlər tərəfindən yoxlanmalı və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Bu cür fırıldaqların davam etməsi dövlət səhiyyə sisteminə və vətəndaş etimadına vurulan ciddi zərbədir. Əldə olunmuş məlumatlara əsasən «Günəşli» və bu gün guya yenilənmiş «Abşeron» Sanatoriyalarında da pasiyentlər aldadılır və həmin sanatoriyaların ərazilərindəki su quyularından çıxarılan texniki su pasiyentlərə «mineral su» adı ilə vannalarda təklif olunur. Belə ki, Mərdəkan qəsəbəsinin sakinləri yaxşı bilirlər ki, həmin qəsəbə ərazisində qazılan quyulardan çıxarılan su içməyə yararsızdır, duzlu və bulanlıqdır. «Kurort» QSC isə həmin suları «Günəşli» və «Abşeron» Sanatoriyalarındakı pasiyentlərə «mineral su» və ya «termal su» adı ilə sırıyır.
Qeyd etmək lazımdır ki, AHİK-dən putyovka əldə edərək gələn pasiyentlərin putyovkalarına əvvəlcədən vanna prosedurları qeyd olunur. Məsələn, «Kurort» QSC-nin göstərişinə əsasən, 7-8 gecəlik putyovkalar üçün 3, 8-9 gecəlik putyovkalar üçün 4, 10 gecəlik putyovkalar üçün 5, 11-13 gecəlik putyovkalar üçün 6, 14-15 gecəlik putyovkalar üçün 7, 18 gecəlik putyovka üçün isə 9 vanna proseduru yazılıb və bunları dəyişdirməyə icazə verilmir. Yəni, tutaq ki, kiminsə vanna prosedurundan xoşu gəlmir və ya sağlamlığı imkan vermir ki, həmin proseduru qəbul etsin, bunu dəyişdirib başqa prosedur yazdırmağa imkan vermirlər. Vanna əvəzinə digər prosedur yazdırmaq üçün isə əlavə pul ödənilməsini tələb edirlər.
Qeyd etmək vacibdir ki, “Kurort” QSC-nin müalicə şöbəsinə rəhbərlik edən şəxs- Gülgəz adlı keçmiş otel əməkdaşıdır. Tibbi savadı və ixtisası olmayan bu şəxsin belə strateji və məsul bir vəzifəyə gətirilməsi sual doğurur. Belə şəraitdə bu qurumun sanatoriyalarında xəstələrə neft quyularından çıxan lay sularının “termal su” adı ilə təqdim olunması artıq təəccüblü deyil. Sistemli savadsızlıq və səriştəsizlik nəticəsində bu gün vannalara mənbəyi bilinməyən, insan sağlamlığı üçün təhlükəli lay suları verilir.
Mətbuatda ardıcıl olaraq ifşa olunan «Şıx» sanatoriyasındakı biabırçılıqlar və insan sağlamlığına real təhlükə yaradan faktların aradan qaldırılması əvəzinə, “Şıx” sanatoriyasının direktoru Fuad Quliyev vəziyyəti ört-basdır etmək üçün qanunsuz və qeyri-etik üsullara əl atır. Belə ki, onun göstərişi ilə baş tibb bacısı Arzu Mehtiyeva və tibb bacısı Gülavatin Gülmamedova sanatoriyada müalicə alan pasiyentlərə yaxınlaşaraq onlardan yalvarış və xahişlərlə “təklif və şikayət kitabı”na pozitiv və saxta məmnuniyyət rəyləri yazmalarını tələb edirlər. Bu, həm etikaya, həm də istehlakçı hüquqlarına açıq-aşkar hörmətsizlikdir.
Bundan da acınacaqlısı odur ki, masaj xidməti göstərən tibb bacılarına isə “tapşırıq” verilib ki, pasiyentlərlə ünsiyyət zamanı sanatoriyada istifadə olunan suyun “keyfiyyətli termal su” olduğu barədə təbliğat aparsınlar. Bu isə ictimai rəyə təsir göstərmək məqsədilə təşkil olunmuş müntəzəm aldatma kampaniyasının bir hissəsidir.
Gerçək termal suyu neft quyusundan çıxan plast su ilə əvəz edən, sonra da bu yalanı “keyfiyyət” adı ilə təlqin edən sanatoriya rəhbərliyi, əslində, vətəndaşları aldadaraq maddi və mənəvi zərərə məruz qoyur.
Bu cür halların dövlət orqanlarının gözü qarşısında baş verməsi, media və ictimaiyyət tərəfindən sənədlərlə sübut olunmasına baxmayaraq, cavabdeh şəxslərə qarşı hələ də hüquqi ölçü götürülməməsi ictimai ədalətə və vətəndaş hüquqlarına ağır zərbədir.
Bundan başqa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sanatoriyalar yeni rəhbərlik təyin olunandan öz pasiyentlərinə “müalicəvi xidmət” adı ilə təqdim etdikləri saxta prosedurlarla yanaşı, indi də qida sahəsində dəhşətli bir fırıldaq mexanizmi qurub. Lakin daha qorxulusu budur ki, nə Səhiyyə Nazirliyi, nə də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu hallara qarşı heç bir tədbir görmür. Qanunlar pozulur, insanların sağlamlığı riskə atılır, dövlət büdcəsi isə səmərəsiz şəkildə talan edilir.
Belə ki, «Kurort» QSC-nin istər «Abşeron», istərsə də “Şıx”, “Günəşli”, “Bilgəh” və ya «Qaranquş» sanatoriyalarında gündəlik qida menyusunun maliyyə dəyəri 10 manatdan da aşağıdır. Bu məbləğə sanatoriya pasiyentinə verilən qida bəzən bir məhbusun gündəlik normativindən də zəif olur. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və AQTA-nın qəbul etdiyi normativlərə görə:

- Menyular dietoloq və ya tibbi heyət tərəfindən hazırlanmalı,
- Qida məhsulları sertifikatlı, mənşəyi bəlli və dietetik tələblərə uyğun olmalıdır,
- Qidalanma sanatoriyanın profilinə uyğunlaşdırılmalıdır.
Bu sanatoriyalarda istifadə edilən məhsullar isə insan sağlamlığına real təhlükə yaradır:
- Braziliyadan gətirilmiş, mənşəyi məlum olmayan dondurulmuş ətlər,
- 5 litrlik plastik qablarda qablaşdırılmış keyfiyyətsiz və ucuz bitki yağları,
- Knorr və Qalina Blanka markalı sənaye dadvericiləri vedrə ilə alınaraq bütün yeməklərə qatılır.

Pasiyentlərin rasionunda vitaminli və müalicəvi qidaların azlığı, qida məhsullarının aşağı keyfiyyətli və ucuz mənbələrdən alınması müşahidə olunur.
Salatlar və bişirmələrdə aşağı keyfiyyətli, tez xarab olan, ucuz bitki yağları istifadə edilir, bu isə uzunmüddətli qəbulu zamanı orqanizmə ciddi zərər vura bilər.
Sanatoriya mətbəxləri əsasən minimal xərc və maksimal “görünüş” prinsipi ilə işləyir- nəticədə pasiyentlər yalnız doymaq məqsədi ilə yox, sağalmaq ümidi ilə gəldikləri müalicə müəssisələrində zəifləmiş immunitetlə bu cür qidalanmaya məcbur edilirlər.
Bu vəziyyət nəinki sağlamlığın bərpasına xidmət edir, əksinə, sanatoriyalarda müalicəyə gələn insanların narazılığına, bəzi hallarda səhhətinin pisləşməsinə səbəb olur. Hətta bəzi sanatoriyalarda pasiyentlərin öz hesabına kənardan yemək almağa üstünlük verdiyi hallar da qeydə alınır.
Sanatoriyalar içərisində dietoloq və ya ixtisaslaşmış qida mütəxəssisi yoxdur. Menyular ya təsərrüfat işçisi, ya bu sahədə biliyi olmayan tibb bacısı və ya da aşpaz tərəfindən “kim necə bildi” prinsipi ilə hazırlanır. Bütün sanatoriyalarda menyular təkrarlanır, fərqlənmir və tibbi profil nəzərə alınmır.
Bütün bu ciddi pozuntulara Səhiyyə Nazirliyi və AQTA göz yumur.
AQTA-nın “Risk əsaslı nəzarət” mexanizmi kağız üzərində qalır. Heç bir mütəmadi və dərin yoxlama aparılmır. Səhiyyə Nazirliyinin isə nə tibbi yoxlamaları, nə də profilaktik nəzarət tədbirləri müşahidə olunmur. Həmçinin, bu sanatoriyalarda heç bir qida təhlükəsizliyi kursu, nə də sanitariya auditi aparılmır.
Sanatoriya adı daşıyan bu müəssisələrdə vətəndaşlara müalicə əvəzinə kimyəvi dadlandırıcılarla dolu, mənşəyi bilinməyən, ucuz və təhlükəli qida verilir. Bu həm də reklam və xidmət saxtakarlığıdır.
Buna görə də, Səhiyyə Nazirliyi və AQTA tərəfindən bütün sanatoriyalarda kompleks audit aparılmalı, menyu və ərzaq rasionları Səhiyyə Nazirliyinin tibbi-normativ aktlarına uyğunlaşdırılmalı, «Kurort» QSC-nin bütün sanatoriyalarında qida təchizatı müqavilələri və təchizatçılar yoxlanılmalı, dietoloqsuz fəaliyyət göstərən mətbəxlər dərhal bağlanmalı və məsul şəxslər inzibati cəzaya cəlb edilməlidələr.
Bu, təkcə fırıldaq deyil- bu, sağlamlığa qarşı cinayətdir. Vətəndaşlar dövlətin adından “kurort xidməti” adı ilə zəhərlənməməlidir.

P.S.  Redaksiya Səhiyyə Nazirliyi, AQTA və AHİK-ə də məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.


Oxunub: 142
Paylaş:
Digər xəbərlər

Elm və təhsil / Hadisə

19-06-2025, 15:09

Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb

Elm və təhsil / Mədəniyyət / Araşdırma / Şikayətlər / Hadisə / Gündəm

30-06-2025, 07:35

İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.

Mədəniyyət / Dünya / Şikayətlər / Hadisə

13-07-2025, 01:10

AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ

Elm və təhsil / Mədəniyyət / Gündəm

22-06-2025, 00:01

“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır

Elm və təhsil / Mədəniyyət / Araşdırma / Maraqlı / Şikayətlər / Hadisə

15-07-2025, 23:45

Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Dün, 13:28
Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
Dün, 13:26
Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
Dün, 13:25
DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
Dün, 13:24
53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
Dün, 00:20
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • Dün, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • Dün, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • Dün, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • Dün, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • Dün, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • Dün, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • Dün, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • 30-07-2025, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • 30-07-2025, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • 30-07-2025, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • 30-07-2025, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • 30-07-2025, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə