Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?

Elm və təhsil

Bugün, 12:15



Uşaqların məktəb həyatına atdığı ilk addım olan 1-ci sinif, həm uşaq, həm də valideyn üçün mühüm və emosional bir mərhələdir. Bu keçid dövründə bəzi uşaqlar məktəbə gedərkən ağlamağa başlayırlar. Bu davranış ilk baxışda anlaşılmaz görünsə də, əslində onun arxasında müxtəlif psixoloji və emosional səbəblər dayanır.

Ən çox rast gəlinən səbəblərdən biri uşağın valideynindən ayrılmaqda çətinlik çəkməsidir. Uşaq evdəki tanış, təhlükəsiz mühitdən çıxaraq yeni, tanımadığı bir yerə – məktəbə daxil olur. Bu zaman valideynindən ayrılmaq qorxu və narahatlıq hisslərinə səbəb ola bilər. Bu hal xüsusilə ana ilə sıx emosional bağlılığı olan uşaqlarda daha çox müşahidə olunur.

Uşaq üçün məktəb - yeni müəllimlər, sinif yoldaşları, qaydalar və struktur deməkdir. O, bu mühitlə qarşılaşmadıqca oranın necə bir yer olduğunu təsəvvür edə bilməz. Bu qeyri-müəyyənlik də qorxu və stres yarada bilər. Uşaqda "mən burda nə edəcəyəm?", "müəllim məni sevəcəkmi?", "digər uşaqlar mənimlə oynayacaqmı?" kimi suallar narahatlıq yaradır.

Bəzi uşaqlar daha introvert və ya utancaq xarakterə malik olur. Bu cür uşaqlar yeni insanlarla ünsiyyət qurmaqda çətinlik çəkə bilər. Tanımadığı uşaqlarla eyni mühitdə olmaq, sinfə daxil olmaq və müəllimlə ünsiyyətə girmək onlar üçün narahatlıq doğurur. Bu narahatlıq isə göz yaşları ilə nəticələnə bilər.

Uşağın psixoloji və emosional inkişafı məktəbə hazır olub-olmaması ilə sıx əlaqəlidir. Bəzi hallarda uşaq özünü məktəbə hazır hiss etmir. Oyun oynamaq, sərbəst olmaq istəyir, amma məktəbdə müəyyən qaydalar və məsuliyyətlər var. Bu dəyişiklik uşağı sıxa bilər və ağlama reaksiyası ilə özünü göstərə bilər.

Valideynlərin öz narahatlıqları da uşağa təsir edir. Əgər valideyn məktəbi təhlükəli, qorxulu və ya çox məsuliyyətli bir yer kimi təqdim edirsə, uşaqda da bu barədə qorxu yaranır. Eləcə də, valideyn uşağı məktəbə buraxarkən emosional davranırsa (məsələn, tez-tez öpüb-qucaqlayırsa, ağlayırsa və ya ayrılmaq istəmirsə), uşaq bu emosiyaları hiss edir və özünü daha da narahat hiss edir.

1-ci sinifə başlamaq uşağın həyatında böyük bir mərhələdir. Bu prosesdə ağlamaq normal və keçici bir haldır. Əsas məsələ - uşağın emosiyalarını anlamalı, onu rahatlatmalı və məktəbə uyğunlaşmasında ona dəstək olmalıdır. Səbrli və anlayışlı yanaşma ilə bu dövrü problemsiz şəkildə keçmək mümkündür.

Psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, tədris ili qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir. Təzə kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görürlər: “Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün "təbii bir kriz dövrü" hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni "dünyaya qapı açır". Ümumiyyətlə, məktəbə alışmaq 2-3 həftə çəkir. Bu müddətin sakit şəkildə irəliləməsi də uşağın məktəbə düzgün hazırlanması ilə əlaqəlidir. Evdə 10:00-da, hətta daha gec oyanan uşaq indi isə 07:00-da durmalı, saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik, bu prosesdə valideynləri yanında olmayacaq, onu qapıda müəlliminə verib gedəcək. Müəllimi isə 20, hətta daha çox uşağa diqqət göstərdiyi üçün ona tam - valideynləri kimi nazın çəkə bilmir, diqqət göstərə bilmir. Bu dəhşətli görünən sistemə tab gətirə bilməyib, mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır - qarnı ağrayır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun ya bəhanə olduğunu düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir, ya da həkimə göstərərək, mədə-bağırsağında problem olduğunu düşünür. Bu çətin dönəmdə balacanın psixoloji durumu heç yada da düşmür. Uşaq fikrini ancaq bir düşüncəyə cəmləyir - məktəb gəldi, anam-atam getdi. Məktəb olmasaydı, mən yenə evimdə "sultan" idim”.Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk olaraq pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqlarda yalnız pedaqoji hazırlıq (saymağı və şeiri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması) heç də məktəbə hazırlıq demək deyil. Məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped, həkim tərəfindən kompleks şəkildə aparılmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların ağız aparatınının dəyişilməsi, ələlxüsus dişlərin çıxması uşaqlarda müxtəlif səslərin tələffüzünə maneə törədir. Bu da ünsiyyət zamanı öz təsirini göstərir. Uşağın pedaqoji hazırlığı olsa da, psixoloji hazırlığının tam olmaması, məsələn, şeiri gözəl bilib, hətta evdə ailə üzvlərinə danışıb müəllimə söyləyə bilməməsi bu səbəbdən yaranmış problemdir. Həkimlə birlikdə öncədən tənzimlənən yuxu və qida rejimi də uşaqların məktəbə tez adaptasiya olmasına yardımçı olur. Valideyn uşağının gigiyenik sağlamlığına önəm verdiyi qədər psixoloji sağlamlığına da diqqət etməlidir. Müəssisənin yemək şəraitinə, yataq otağına, təmizliyə önəm verdiyi qədər mütəxəssislərin də peşəkarlığına önəm verməlidir.

Psixoloq hesab edir ki, valideynlər övladlarını məktəbə müsbət motivlərlə həvəsləndirməlidirlər: “Onu inandırmaq lazımdır ki, o, buna hazırdır, hər şey əla olacaq, oxumaq onun üçün də çox faydalı və gərəklidir. Valideyn öz məktəb illərindən, o zamankı uğurlarından, sevimli müəllim və sinif yoldaşlarından danışıb uşağı həvəsləndirməlidir. Uşağı əvvəlcədən sinif müəllimi ilə tanış etmək məsləhətdir. Öncədən müəllimi gördüyü üçün sentyabrın 15-i ondan çəkinmir. Uşağı dərsdən kənar tədris tapşırıqları ilə yükləmək, onu yormaq lazım deyil. Dərsini sərbəst yaza bilmədiyi üçün onu cəzalandırmaq olmaz. Uşağı başa salmaq lazımdır”.Narınc Rüstəmova qeyd edib ki, məktəbə gec alışan uşaqların əksəriyyəti valideynlərin uşaqlara az məsuliyyət verməsi ilə əlaqədardır: “Onun sizdən tez zamanda ayrıla bilməsi üçün kiçik yaşlardan məsuliyyət verməyiniz mütləqdir. Belə ki, onun öz-özünə yemək yeməsinə, əşyalarını qaydaya salmasına, paltarlarını özünün geyinməsinə və s. imkan, şərait yaradın. Məktəbə yeni başlayan uşaqlar əvvəlki illərdə görmədikləri məsuliyyətlə yüklənirlər. Buna görə də kiçik yaşlardan onları məsuliyyətlə yükləməyiniz vacibdir. Çünki onlar məktəbə başladıqda müəyyən müddət sakit şəkildə bir yerdə oturmaq, çətin yeniliklərlə tanış olmaq və s. kimi vəzifələrə sahib olurlar.Valideynlər onları anlamağa çalışmalıdırlar. Bağçanın və evin sərbəst mühitindən, oyunlardan, evdəki ana-uşaq münasibətinin istiliyindən uzaqlaşmaq, anadan ayrılmaq, birdən-birə ağır dərs proqramları və s. kimi qaydalar 6 yaşlı uşağın işini çətinləşdirir. Valideynlər əsasən öz istəklərini və ehtiyaclarını uşaqlarının üzərinə köçürürlər. Yəni övladlarını olmaq istəyib də ola bilmədikləri səviyyədə görmək istəyirlər. Beləliklə də, məktəbə başlayan uşağın çalışıb müvəffəqiyyətli olmaları üçün həmişə tələsirlər - uşaqlar tez oxumalı, hər şeyi tez qavramalı və ən yaxşı şagird olmalıdırlar. Oyuna və əyləncəyə olan maraqlar mütləq şəkildə unudulmalıdır. Ancaq kitab-dəftərlə məşğul olmalıdırlar. Valideynlər anlamırlar ki, bununla uşağa dərsi sevdirməkdən çox ondan iyrənmələrinə səbəb olurlar. Bunlarla onların şüuraltlarında dərsdən qorxmalı olduqlarını formalaşdırdıqlarının fərqinə varmırlar və sonra onlara dərsi necə sevdirim deyə axtarışa çıxırlar”.

Birinci sinfə yeni başlayan uşaq üçün məktəb çox fərqli və naməlum bir aləmdir. Bu keçid dövründə uşağın özünü tək və narahat hiss etməsi çox təbiidir. Məhz bu anda müəllimin dəstəyi və qayğısı uşağın adaptasiyasında həlledici rol oynayır.Müəllim Nərgiz Babayeva deyir ki, hər il 1-ci sinfə gələn uşaqlar arasında göz yaşları da olur, gülüşlər də. Bu çox təbiidir - çünki onlar ilk dəfə ailədən ayrılıb tamamilə yeni bir mühitə qədəm qoyurlar: “Mənim üçün əsas məsələ - uşağın məktəbdə özünü güvənli, sevilən və dəyərli hiss etməsidir. İlk gündən onları gülümsəyərək qarşılayır, hər birinə şəxsən yaxınlaşıb tanış oluram. Uşağın diqqətini qorxudan yayındırmaq üçün sinifdə maraqlı guşələr hazırlayıram - oyuncaq kitablar, boyama küncü, sadə tapşırıqlar. Eyni zamanda valideynlərlə də əməkdaşlıq qururam. Uşağın evdəki maraqları, sevdiyi oyunlar barədə məlumat alıram ki, sinifdə ona uyğun yanaşa bilim. Hər uşaq fərqlidir, amma hamısı sevgi və anlayışla böyüyür. Məqsədim budur ki, məktəb onlar üçün qorxulu yer yox, sevgi ilə açılan bir dünya olsun. Sadə bir gülümsəmə, adını sevgi ilə çağırmaq, diqqətlə dinləmək - bəzən bu kiçik jestlər uşağın özünü məktəbdə evdəki qədər rahat hiss etməsinə səbəb olur. Uşağın göz yaşlarını təbəssümə çevirmək üçün müəllimin qayğısı yalnız dərs verməklə yox, həm də onu sevgi ilə qucaqlamaqla başlayır”.

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Araşdırma

6-09-2024, 12:00

Məktəb dəyişmə psixologiyası nədir?

Elm və təhsil

7-07-2025, 12:58

Uşaq məktəbə hazırdırmı? - Məktəbəhazırlıq dönəminin ÖNƏMİ

Maraqlı

29-01-2024, 11:18

Bəzi uşaqlar niyə daha tez qəzəblənirlər?

Elm və təhsil

25-01-2025, 12:27

Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!

Elm və təhsil

17-03-2024, 09:48

“Uşaq onurğası sağlamlığında məktəb və ailənin rolu” mövzusunda seminar keçirilib

Araşdırma
Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Elm və Təhsil
Bugün, 17:47
Xalqımızı məhv etmək üçün...
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Bugün, 12:15
Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
Bugün, 12:14
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 12:12
Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
Bugün, 12:12
Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
Hadisə
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Son xəbərlər
  • Bugün, 17:47
    Xalqımızı məhv etmək üçün...
  • Bugün, 15:39
    201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
  • Bugün, 12:15
    Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
  • Bugün, 12:14
    Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
  • Bugün, 12:12
    Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
  • Bugün, 12:12
    Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
  • Bugün, 12:11
    Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub
  • Bugün, 12:10
    Dövlət orqanlarına daxili müsahibə elan edilir
  • Bugün, 12:09
    Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU
  • Bugün, 12:08
    Müəllimlərə şad xəbər: yeni tədris ilində güzəştli kartlar VERİLƏCƏK
  • Bugün, 09:35
    AHİK-də “yenilik” şousu və reallığın acı üzü
  • Bugün, 00:24
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Dün, 20:44
    Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
  • Dün, 18:15
    Nazirlikdən valideynlərin imtahanla bağlı etirazına CAVAB
  • Dün, 11:46
    Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı
  • Dün, 11:45
    Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib
  • Dün, 11:44
    Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...
  • Dün, 11:43
    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb
  • 11-08-2025, 16:37
    MİQ-də vakansiya seçimi başa çatıb
  • 11-08-2025, 16:36
    Rezidenturaya qəbulun nəticələri elan olunub
  • 11-08-2025, 16:35
    "Universitetlərdəki istehsalat təcrübələri önəm daşımır"
  • 11-08-2025, 16:35
    Xaricdə təqaüdlə təhsil alanların məlumatları “mygov”a inteqrasiya olunub
  • 11-08-2025, 16:34
    250-dən çox şagirdin lisey və gimnaziyaya qəbul imtahanı ləğv edildi
  • 11-08-2025, 16:33
    AzTU və ADNSU yalnız öz kolleclərinin subbakalavrlarını qəbul edəcək? - RƏSMİ
  • 10-08-2025, 13:30
    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
  • 10-08-2025, 13:29
    Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
  • 9-08-2025, 16:48
    Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
  • 9-08-2025, 14:03
    “Gənc psixometrik” təcrübə proqramının ilk çağırışı yekunlaşıb
  • 9-08-2025, 14:03
    İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!
  • 9-08-2025, 14:02
    9 illik təhsil əsasında kolleclərə qəbul nəticələri “Abituriyent” jurnalında dərc olunub
  • 9-08-2025, 14:01
    Karnatakada təhsil sistemi yenilənir
  • 9-08-2025, 14:00
    ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər
  • 9-08-2025, 13:59
    Qarabağ Universitetində plan yerləri MƏLUM OLDU
  • 9-08-2025, 13:58
    Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
  • 8-08-2025, 13:36
    Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Daha çox
8-08-2025, 00:53
Müəllimlər Prezident İlham Əliyevə səslənir: Bu ZÜLMDÜR!!!
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
9-08-2025, 16:48
Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
7-08-2025, 23:42
İmişlidə qəza törədərək hadisə yerindən qaçan, yaralı körpələrə ürəyi ağrımayan Əziz Quliyev KİMDİR? - ŞOK DETALLAR - FOTO
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə