
Günü-gündən artan vakansiya gizlədilməsi şikayətləri dayanmaq bilmir. Gördüyünüz video və səsyazılardan əlavə, yüzlərlə müəllim qorxduqları üçün adlarının anonim qalmasını istəyərək redaksiyamıza davamlı şikayət edirlər. Hər şikayətdə fərqli bölgələrdən vakansiya gizlədilməsi halları ilə rastlaşırıq. Şagird sayı, müəllim sayı, dərs bölgüsünü açıq-aşkar bildirir, haqlarını tələb edirlər. Bütün ölkə bunlardan danışarkən Eşqi Bağırov heç bir informasiya ifadə etməyən məlumat verib, guya söhbəti bağladı. Bu qədər insanın şikayəti, bu qədər faktiki gizlədilmiş vakansiya açıq-aşkar elan edilərkən Eşqi Bağırovun bu addımı insanlarda sadəcə ikrah hissi yaratdı. Üstəlik öz monarxiyasını qurmağa çalışan Eşqi Bağırovun bitib-tükənməz qanunsuzluqlarından biri kimi tarixə düşür. Maraqlısı isə budur ki, artıq müəllimlərin də səbri tükənib. Çünki MÜTDA bir oyuncaq kimi müəllimlərlə oynayır. Müəllimlər artıq birbaşa Prezident İlham Əliyevə, o cümlədən məhkəməyə müraciət etmək istəyirlər. Çünki bu insan bütün hərəkətləri ilə "Burda mənəm, Bağdadda kor xəlifə" deyərək istədiyini edir. Bütün ölkənin taleyi, həyatı bir insanın əlində oyuncağa çevrilməməlidir.
Artıq buna dur demək lazımdır!!!