Son aylar saxta diplomlu həkimlər, etikaya riayət etməyən həkimlər, savadsız həkimlər haqqında davamlı paylaşımlar edilir. Hər kəs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi - ni günahkar edir. Amma kimsə o həkimlərə hardan diplom verilib, niyə diplom verilib, harda oxuyublar demir... Təhsildə Keyfiyyət Təminatı Agentliyi hər ayın əvvəli axırı layihə edir, məktəb yoxlayır, maliyyənin tapmadığı "qüsurları" tapıb orda oyun çıxardır. Amma əsl işi budur və heç vecinə də deyil. Səhiyyə nazirliyini günahkar etməklə deyil. Birbaşa günahkar birinci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və TKTA-dır. Lazım olmayan hallarda səsiniz yüksəkdən gəldi deyə biz sizdən qorxmuruq deyən Nazir Emin Amrullayev insanların həyatı məhv olarkən də fəxr edərək danışacaqmı???
Ya da dayanmadan xarici diplomları tanımayan TKTA bu həkimləri, bu diplomları niyə tanımayıb??? Hardan tanış çıxıblar???
Məqsədli şəkildə cəmiyyətin əsas strukturu olan bu iki Nazirlik bilərək məhv edilir. Biri insanın mənəviyyatını, digəri isə fiziki sağlığını məhv edir...