Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.
Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
Bu dəfə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonu fəaliyyət göstərir.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Cəbrayıl rayonu üzrə 880, Kəlbəcərdə 1768, Qubadlıda 685, Laçında 1548, Zəngilan rayonunda isə 515 təhsilverən çalışır.