Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
AzEdu.az xəbər verir ki,bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov məlumat verib.
Hazırda namizədlərin qeydiyyat prosesi davam edir və bu mərhələ avqustun 1-dək yekunlaşacaq
“Qeydiyyat başa çatdıqdan sonra boş qalan plan yerlərinə dair jurnal nəşr olunacaq. Daha sonra ixtisaslar üzrə yenidən seçim prosesi yenidən başlayacaq. Hesab edirik ki, avqustun ortalarına qədər bütün bu proseslər tam yekunlaşacaq”.