Təhsil Tələbə Kreditinin (TTK) rəsmiləşdirilməsi elektron formada, məsafədən həyata keçirilir.
TehsilMedia.az xəbər verir ki, kredit almaq hüququ olan tələbənin ilkin müraciət zamanı qeyd etdiyi mobil nömrəyə bank tərəfindən SMS vasitəsilə link və birdəfəlik şifrə (OTP) göndərilir.
Tələbə linkə keçid etdikdən sonra birdəfəlik şifrəni (OTP) daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və müştəri eyniləşdirilir. Tələbə sistemdə müvafiq məlumatları təsdiq etdikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir.