Təhsil Tələbə Kreditinin alınması üçün tələbə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq edir.
tehsil.media xəbər verir ki, tələbənin yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə, 18-dən böyük olduqda isə özü notariat ofislərinə yaxınlaşıb razılıqlarını ərizəsi ilə təsdiq
etməlidirlər.
Bu ərizə TTK üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK aldıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond və müvəkkil bank tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə
edilməsinə dair razılıq öz əksini tapır.
Daha sonra tələbə kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.