Şəhid Əzizbəy Muradovun atası baxça müdirəsi Sevinc Mikayılovanın gizlin əməllərini ifşa etdi: Uşaqların ərzaqları oğurlanır…. Gündəm
Elm və təhsil / Məktəbəqədər təhsil
Dün, 20:14
Antiterror əməliyyatlarında şəhid olmuş Əzizbəy Muradovun atası Etibar Muradov Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılovanın əməlləri ifaş edib.
XALQ-ın məlumatına görə, şəhid atası çıxışında bildirir ki, Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılova işçilərin maaşlarınıkəsir,uşaqlara gələn ərzaq paylarını mənimsəyir.Məsələ il bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə şikayət olunsada heç bir tədbir görülmür. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bu məsələyə biganə yanaşır və Sevinc Mikayılova haqqında şikayətlərə əhəmiyyət vermir.Görəsən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili hansı razılıq əsasında Sevinc Mikayılova fəaliyyətini davam etdirə bilir?
Bu məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırırq.