Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.BDU-dan "
TehsilMedia.az"a bildirilib ki, şuranın sədri, rektor Elçin Babayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Hüquq fakültəsinin dekanı Zaur Əliyevin 2022-ci il üzrə hesabatı dinlənilib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Sonda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib.