Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin rəhbəri, İngiltərənin Sausempton Universitetinin professoru Kamran Məlikovla görüşüb.
UNEC-dən "
TehsilMedia.az"a bildirilib ki, görüşdə növbəti tədris ilində mərkəzin fəaliyyət perspektivləri müzakirə edilib. Eləcə də UNEC-in elmi potensialının, dünya elm məkanında rolunun artırılması, tanınmış xarici alimlərlə səmərəli əməkdaşlığın qurulması və elmin inkışafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, UNEC-də müxtəlif istiqamətlər üzrə 42 tədqiqat mərkəzi mövcuddur. UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi 2022-ci ildə yaradılıb.