SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin ən böyük Aviasiya, Kosmik və Texnologiya Festivalı olan "Teknofest”in final mərhələsinə vəsiqə qazanan komandaların üzvləri və elmi rəhbərləri ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, rektor tələbələri və onların elmi rəhbərlərini təbrik edib. Komandanın hər bir üzvü və elmi rəhbərləri ilə ayrı-ayrılıqda maraqlanan ali məktəbin rektoru onlara finalda uğurlar arzulayıb.
Elmar Qasımov bildirib ki, BANM "Teknofest”də Azərbaycanı ən çox komanda ilə təmsil edən ali məktəbdir.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin tələbələri "Teknofest”də "ForestBerg”, "Yıl 2020”, "GreenPack”, "Əkinçi”, "Zəngəzur” və "Azərbaycan Mühəndislər Birliyi” komandaları ilə təmsil olunur.