Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.
TehsilMedia.az xəbər verir ki, ali məktəbin kampusu ilə tanışlıqdan sonra rektor Elmar Qasımov səfir Fergus Auldla görüşüb.
Ali Məktəb haqqında məlumat verən rektor son iki ildə BANM-in Prezident təqaüdçülərinin sayına görə rekorda imza atdığını bildirib. Burada tədrisin istehsalatla sıx əlaqədə həyata keçirildyini xatırladan Elmar Qasımov Ali Məktəbdə yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurlarından bəhs edib.
Səfiri Fergus Auld bildirib ki, Bakı Ali Neft Məktəbinin uğurları, nəticələri möhtəşəmdir. O, burada yaradılan şəraiti yüksək qiymətləndirib.
Səfir Ali Məktəbin qısa müddətdə sürətli inkişaf yolu keçdiyini xüsusi vurğulayıb. O, BANM-in gələcəyinin parlaq olduğuna əminliyini bildirib.