Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Kimya fakültəsi üzrə üzvləri Akademik Yusiföö Məmmədəliyevin Memorial Muzeyinə ziyarət ediblər.Bu barədə "
TehsilMedia.az"a"əBDU-dan bildirilib.
Muzeyin direktoru Reyhan Əliyeva görkəmli alimin şərəfli həyat yolu, gənc nəslin yetişməsində rolu, qiymətli elmi kəşfləri haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Yusif Məmmədəliyev irsini öyrənmək hər bir kimyaçının mənəvi borcudur.
Muzey Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərir. Muzeydə görkəmli kimyaçı alimin həyatını, elmi fəaliyyətini əks etdirən fotosənədlər, diplomlar, müxtəlif rəsmi sənədlər, elmi kəşflərinə dair sxemlər nümayiş etdirilir.
Tələbələr muzeydəki eksponatlarla tanış olublar. Sonda Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş, onun həyat və yaradıcılığını əks etdirən qısametrajlı filmin diski tələbələrə hədiyyə edilib.