Bakı Mühəndislik Universiteti Pedaqoji fakültəsinin Fizika kafedrasının müdiri, f.ü.f.d. dos. Razim Bayramlının və həmin kafedranın müəllimi, f.ü.f.d. dos. Ülkər Abdurəhmanovanın həmmüəllifliyi ilə “Ümumi fizika kursundan laboratoriya praktikumu (mexanika, molekulyar fizika)” adlı dərs vəsaiti nəşr olunub.
TehsilMedia.az xəbər verir ki, dərs vəsaitində ümumi fizika kursunun mexanika və molekulyar fizika bölmələrinə aid laboratoriya işləri verilib. Belə ki, kitabda uyğun laboratoriya işlərinin aid olduğu fiziki hadisənin ətraflı nəzəriyyəsi, qurğuların quraşdırılması, kompüter proqramı ilə idarə, mövzuya aid suallar və əldə olunan nəticələri əks etdirən qiymətlərin sistemli şəkildə hesablanması üçün cədvəllər və s. öz əksini tapıb. Vəsaitdə təqdim edilən laboratoriya işlərinin icrası zamanı vacib olan digər məsələlər də geniş şəkildə yer alıb.
Bu sahədə çalışan müəllimlər, mütəxəssislər üçün nəzərdə tutulan kitab ali məktəb tələbələrinə proqramlaşdırılmış fizika laboratoriya işlərinin tədrisində yaxından yardımçı olacaq.