Ali təhsil müəssisələrində ən böyük problem dərsliklərin çatmamasıdır.
TehsilMedia.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.
O bildirib ki, ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb:
"Təhsilin İnkişafı Fondu yaradılıb. Ali məktəblər bu fonda vəsait köçürür. Fond bu dərslikləri çap etməlidir. Həmin vəsaitin layihələrin icrasına, mütəxəssislərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclənməsi yaxşıdır, yoxsa dərsliklərin çapına?".