Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında bağlanmış Erasmus+ müqaviləsi (Fəaliyyət 1) çərçivəsində tələbə-müəllim heyəti mobilliyi uğurla həyata keçirilir.
ADPU-dan "TehsilMedia.az" a bildirilib ki, İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Fatimə Rəhimova və II kurs tələbələri Fəridə Qəmbərova, Xədicə Rzayeva, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Rəvan İdrisli Erasmus+ proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üçün təhsillərini Kopenhagen Universitet Kollecində davam etdirirlər.
Mübadilə proqramı tələbələrə milli mədəniyyəti bölüşmək və paylaşmaq vasitəsilə şəxsi inkişafa və özünü kəşf etməyə, həmçinin dil bacarıqlarının inkişaf etməsinə imkan yaradır.