N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə "1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü" münasibətilə VIII sinfin rəhbəri Vəsxanım Əmirbəyova şagirdləri ilə birgə maraqlı ideya həyata keçirib. Bu bayram günü şagirdlər məktəbimizin müsbət davranışları ilə fərqlənən, heyvanlara xüsusi qayğı və mərhəmət göstərən bir neçə şagirdi hədiyyə ilə sevindiriblər. Yüksək insani keyfiyyətlərə malik olan hərkəsin mənəvi dəstəyə ehtiyacı var. Körpələri sevindirmək hər birimizin insanlıq borcudur.