Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova və baş elmi işçi biologiya elmləri doktoru Xədicə İsmayılova “Eksperimental fiziologiya, neyrofiziologiya” (Experimental Physiology, Neurophysiology) jurnalının redaksiya heyətinə üzv seçiliblər.
İnstitutdan "TehsilMedia.az"a bildirilib ki, “Eksperimental fiziologiya, neyrofiziologiya” jurnalı professor Anatoli İnozemtsevin rəhbərliyi ilə resenziya olunan tibbi və bioloji jurnaldır. Jurnalda fiziologiya, patologiya, anesteziologiya, oftalmologiya, stomatologiya və digər sahələrdə orijinal kliniki və eksperimental məqalələr, icmallar çap edilir.