Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının rəhbəri b.ü.f.d, Taleh Yusifov Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərindəki Kaliforniya Universitetinin dəvəti ilə “Dəvətli professor” qismində birgə tədqiqatlar aparmaq üçün 3 ay müddətinə pof. Riccardo Olcese-in rəhbəri olduğu “Molekulyar tibb” bölməsinə ezam olunub.
Bu barədə
"TehsilMedia.az" a institutdan bildirilib.
Taleh Yusifov artıq “İnsan BK (big potassium) kanalında “Heme”-dən asılı modulyasiya mexanizmi: Citoxrom C modeli” başlıqlı məruzə ilə çıxış edib. Məruzədə hüceyrə kalium kanalının “Heme” ilə modulyasiya mexanizmi təqdim edilib və Biofizika İnstitutu ilə birgə tədqiqat perspektivlərini müzakirə edib. Diskusiya şəraitində gedən təqdimat çox maraqla qarşılanıb və bu istiqamətin əhəmiyyətli oluduğu qeyd olunub. Hazırda Taleh Yusifov prof. Riccardo Olcese-in laboratoriyasında tədqiqat işlərini davam edir.