Bağçalarda monitorinqlər mütəmadi davam edəcək.
TehsilMedia.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O diqqətə çatdırıb ki, hansı bağçada nə qədər müəllimin hansı ixtisas və diplomla fəaliyyət göstərməsi bəllidir:
"Çünki işçilər barədə əlimizdə məlumat bazası var. Böyük şəhərlərdə yer çatışmazlığı ilə bağlı problemlər hələ də qalır".