Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.
"
TehsilMedia.az"ın məlumatına görə, bu barədə müvafiq Sərəncam imzalanıb.
Digər müvafiq Sərəncamla bu vəzifəyə polkovnik Gündüz Əbdülov təyin edilib.
Qeyd edək ki, Gündüz Əbdülov daha əvvəl Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb.
Bu təyinata qədər isə o, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.