Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Ali təhsildəki boşluqlar: Universitetlərimizi geri salan əsas MEYARLAR

Elm və təhsil

23-04-2025, 15:07

Ali təhsildəki boşluqlar: Universitetlərimizi geri salan əsas MEYARLAR


Universitet, yoxsa, tədqiqat müəssisəsi?

“Tədqiqat əsaslı idarəetmə”, “tədqiqat əsaslı qərarvermə” postsovet ölkələri üçün nisbətən yeni anlayış olsa da, Qərb ölkələrində onun elmi-institusional əsasları bir əsrə yaxındır ki, formalaşdırılıb. Araşdırmalar da sübut edir ki, tədqiqatçı sayı ilə ölkənin iqtisadi, sosial uğurları arasında üzvi bir bağlılıq, korrelyasiya mövcuddur. Dünyadakı tədqiqatçıların 21%-i 542 milyonluq əhali kütləsinə malik və iqtisadiyyatın təmərküzləşməsi baxımından öncüllüyü əlində saxlayan Avropa Birliyinin payına düşür. Çin və ABŞ sonrakı yerləri bölüşür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə əhalinin bir milyon nəfərinə düşən tədqiqatçı sayına görə Danimarka (8 min), Cənubi Koreya (7.9 min) və Finlandiya (6.8 min) ilk üçlükdə qərarlaşıb.

Hazırda dünya üzrə araşdırma və təkmilləşdirmələrə çəkilən xərclərin 80%-i yalnız 10 ölkənin – ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya, Fransa, Hindistan, Rusiya, Birləşmiş Krallıq və Braziliyanın payına düşür. Ümumi daxili məhsulundan (ÜDM) araşdırma və təkmilləşdirmələrə ən çox pay ayıran 10 ölkə isə ardıcıl olaraq Koreya Respublikası (4,3%), İsrail (4,1%), Yaponiya (3,6%), Finlandiya (3,2%), İsveç (3,2%), Danimarka (3,1%), Avstriya (3%), İsveçrə (3%), Almaniya (2,9%) və ABŞ (2,7%)-dır. Bu ölkələrdə xərcləri mənbələr üzrə təhlil etdikdə görünür ki, bu xərclərin əsas hissəsi özəl sektor tərəfindən maliyyələşdirilir. Yəni təhsildə dövlət maliyyələşdirilməsinin payının tədricən azaldılması və özəl universitetlərin payının artırılması tendensiyası bu ölkələrdə çoxdan davam edir. Özəl universitetlər ali təhsil bazarının Koreya Respublikasında 80%-ni, Yaponiya, Belçika və Niderlandda 63-76%-ni təşkil edir. Yaponiyada tələbələrin 89%-i, Braziliya, Kolumbiya, Danimarka, Çili, Salvador, Nikaraqua, Paraqvay və Peruda isə 45-75%-i özəl universitetlərdə təhsil alır.Çağdaş dünya universitetlərinin əsas fəaliyyət mexanizmlərindən biri də elmi ideyaları ərsəyə gətirmək, onların istehsalatda səmərəli tətbiqi üçün zəmin hazırlamaq, əsas fikir daşıyıcıları olan və əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlamaqdır.

Beynəlxalq reytinq cədvəlləri və yerli universitetlərimiz

Dünyanın məşhur reytinq cədvəllərində universitetlərin yerini müəyyənləşdirən ən vacib faktor tədqiqatyönümlü fəaliyyət və onun əmək bazarındakı faydalılıq göstəriciləridir. Universitetlərin elmtutumlu fəaliyyət proqramı, tətbiq imkanları, genişspektrlı tədqiqat arealı onların Böyük Britaniyanın “Times Higher Education” jurnalı və Çinin Şanxay reytinq cədvəllərindəki mövqeyini müəyyən edir. Bu fəaliyyət proqramı həm də reytinqdə öz yerini uzun illərdir ki, güzəştə getməyən universitetləri dünyanın qlobal təhsil trendinə çevirib.

20 ildir ki, bu reytinq sıralamalarında öz liderliyini qoruyan Harvard Universitetinin büdcəsi 34,5 milyard dollar, Yel Universitetinin büdcəsi 25,4 milyard dollar, Stanford Universitetinin büdcəsi 22,4 milyard dollar, Prinston Universitetinin büdcəsi 22,15 milyard dollardır. Uzun illərdir ki, dünya universitetlərinin ilk onluğunda yer alan bu ali təhsil müəssisələrinin əsas uğur göstəriciləri də tədqiqata meyilli fəaliyyət planı olmuşdur. Tədqiqatlara ən çox vəsait ayıran universitetlər də bu onluğun dəyişməyən favoritləridir: Harvard Universiteti 1 milyard 13 milyon dollar, Massaçusets Texnologiya Universiteti 930 milyon dollar, Prinston Universiteti 280 milyon dollar.

Təəssüf ki, Azərbaycan universitetlərinin inkişaf parametri, strateji yol xəritəsi, tədqiqatyönümlü fəaliyyət planı və istehsalatla inteqrativ yaxınlaşma hədəfləri onların bu iki nəhəng reytinq cədvəlinə düşməsi üçün yetərli deyil. Belə ki, Azərbaycan universitetləri yalnız QS (Böyük Britaniyanın dünyaca məşhur konsaltinq şirkəti olan “Quacquarelli Symonds”) beynəlxalq reytinq sıralamasında yer alıblar. Böyük Britaniyanın QS Reytinq Agentliyinin “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlinə Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan 85 ölkəsindən 400 ali təhsil müəssisəsi daxildir. Aparıcı yerlərdə Rusiya, Türkiyə, Qazaxıstan, Polşa, Ukrayna, Rumıniya, Çexiya və Macarıstan universitetləri qərarlaşıb. Azərbaycan son illərdə bu reytinqdə 7 universitetlə təmsil olunub - Bakı Dövlət Universiteti (211-220-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Xəzər Universiteti, “ADA” Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti.Reytinqin əsas meyarlarından biri-məzunların çalışdıqları idarə və təşkilatların nüfuz göstəriciləri üzrə region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb. Ümumilikdə, Bakı Dövlət Universiteti, UNEC və Xəzər Universiteti adıçəkilən reytinqdə Cənubi Qafqazın bəzi regional universitetlərini qabaqlayır.

QS sıralamalarında Azərbaycan universitetləri bu tələblər üzrə də qiymətləndirilib: ali təhsil müəssisəsinin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin sayı və s. Lakin elmtutumlu fəaliyyət istiqamətinin axsaması ali təhsil müəssisələrimizi dünya universitetlərinin əsas inkişaf trendindən kənarda qoyub.

Yerli ali təhsil müəssisələri beynəlxalq təcrübədən yararlanmaqla aşağıdakı istiqamətlərdə müəyyən uğurlara nail olublar:

- ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, ali təhsildə kurikulumların əmək bazarının tələbləri istiqamətində qurulması;
- universitetlərdə doktorantura təhsilinin və tədqiqat potensialının gücləndirilməsi;
- ali təhsilin qeyri-dövlət maliyyələşdirilməsinin payının artırılması;
- universitetlərə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətlərin verilməsi;
- universitetlərdə əlavə təhsil imkanlarının genişləndirilməsi.


Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” təsdiq edilmişdir. Tələblərə əsasən, bu ali təhsil müəssisələrində fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastruktur, elektron kitabxana, müasir maddi-texniki baza və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzi olmalıdır. Həmçinin, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizi ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməlidir. Həmçinin, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuraları (ən azı 1 şura) fəaliyyət göstərməlidir. Magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalı, ali təhsil müəssisələri tərəfindən antiplagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant alınmalıdır.Lakin bütün bunlar ilkin addımlardır. Azərbaycan universitetləri dünyanın nüfuzlu ali təhsil müəssisələrinin təcrübəsindən faydalanmaqla uğurla hərəkət etmək üçün istehsalat müəssisələri ilə birgə genişspektrli konsaltinq xidmətləri təşkiletmə praktikasına yiyələnməli, səmərəli kitabxana-informasiya şəbəkəsinə malik olmalı, təhsil xidmətlərinin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar atmaq üçün dünya praktikası dərindən mənimsənilməlidir.

NƏTİCƏ

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan müddəaların reallaşdırılmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixlı sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Bu strategiyanın həyata keçirilməsi üçün Prezidentin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib. Həmin sənəddə insan kapitalının formalaşdırılması və biliklər iqtisadiyyatına əsaslanan yeni təhsil sisteminin, mühitinin və mexanizminin yaradılması, təhsilin bütün pillələri və səviyyələri üzrə həyata keçiriləcək lazımi fəaliyyət istiqamətləri əksini tapıb.

Hazırda Azərbaycan ali təhsil seqmentindəki əsas boşluqlardan biri də universitet-əmək bazarı, yaxud universitet-istehsal sahəsi tandeminin qurula bilməməsidir. Universitetlərə qəbul mexanizmində əmək bazarının tələblərinin nəzərə alınmaması məzunların işlə təminatına ciddi maneələr törədir. Universitetlər bu istiqamətdə öz yol xəritələrini müəyyən etməli, elmtutumlu tədqiqat müəssisəsi və əmək bazarına bacarıqlı kadr hazırlayan aparıcı mərkəz rolunda çıxış etməyi bacarmalıdırlar. Təəssüf ki, universitetlərin nəzdində bu məqsədlə fəaliyyət göstərən və birinci kursdan etibarən tələbələr üçün hədəflər paketi müəyyən etməli olan Karyera Mərkəzlərinin faydalılıq əmsalı çox aşağıdır.

Sözügedən mərkəzlərdə əmək bazarının monitorinqi həyata keçirilməli, tələbə və məzunların işlə təmin olunması məqsədilə əmək bazarının vəziyyəti qiymətləndirilməlidir. Təəssüflə qeyd etməliyik ki, hazırda bir çox ali təhsil müəssisələrimizdə fəaliyyət göstərən Karyera Mərkəzlərinin faydalılıq əmsalı çox aşağıdır. Karyera Mərkəzləri nizamnaməyə əsasən, öhdəlik daşıdıqları məsələlərlə bağlı intensiv olaraq məşğul olmur, tələbələrin əmək bazarına inteqrasiyası istiqamətində zəruri addımlar atmırlar.

Azərbaycan universitetləri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, “ADA” Universiteti və Bakı Mühəndislik Universitetinin nəzdindəki Karyera Mərkəzlərinin fəaliyyəti qismən də olsa nəzərə çarpır.

Karyera Mərkəzlərinin faydalı iş mexanizminə keçməsi, eləcə də hər universitetin bazasında yaradılmalı olan Məzunlar Assosiasiyasının fəaliyyəti tələbələrin əmək bazarına cəlbini bir xeyli yaxşılaşdırmış olar.

Oxunub: 122
Paylaş:
Digər xəbərlər

Araşdırma

27-01-2024, 12:47

Dünya ölkələrində şagird sayı

Məktəblər

8-09-2023, 15:55

Qəzalı məktəblərin sayı AÇIQLANDI

Ali təhsil

4-10-2023, 14:04

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb - FOTO

Elm və təhsil

26-01-2024, 23:59

Universitetlərimizin tədqiqat vizyonu

Ali təhsil

14-09-2023, 11:26

BDU yeni “Erasmus+” layihəsinin tərəfdaşıdır

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Bugün, 13:08
Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
Bugün, 13:07
Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
Bugün, 13:06
Bu kolleclərdə yeni rəhbər təyinatları olub
Bugün, 13:05
Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
Bugün, 00:10
Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
Bugün, 00:09
Növbəti tədris ili ilə bağlı vacib yenilik
Hadisə
Dün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Bugün, 13:08
    Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
  • Bugün, 13:07
    Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
  • Bugün, 13:06
    Bu kolleclərdə yeni rəhbər təyinatları olub
  • Bugün, 13:05
    Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
  • Bugün, 00:10
    Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
  • Bugün, 00:09
    Növbəti tədris ili ilə bağlı vacib yenilik
  • Bugün, 00:08
    Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
  • Dün, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • Dün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Dün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Dün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Dün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Dün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Dün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Dün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Dün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Dün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Dün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Dün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • 3-07-2025, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • 3-07-2025, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
Daha çox
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
Dün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə