Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə "AIESEC Azərbaycan” təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.
AzMİU-dan "tehsil.media"a bildirilib ki, memorandumu AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov və "AIESEC Azərbaycan”ın rəhbəri Rəsul Göyüşov imzalayıblar.
Memorandumda universitetlə təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin təşkilatın innovativ layihələrinə cəlb edilməsi, startapların stimullaşdırılması işlərinin aparılması üçün əlaqələrin gücləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Görüş zamanı təşkilatın mübadilə proqramları olan "Qlobal könüllü”, "Qlobal müəllim” və "Qlobal istedad” layihələri ətrafında da müzakirələr aparılıb.