Bədən tərbiyəsi və idman istiqamətinə aid 6401 və 152-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin (DİM) saytındakı linkə daxil olaraq çap edə bilərlər.
Bu barədə "
tehsil.media"a DİM-dən məlumat verilib.
Bildirilib ki, 63 (fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi, ali), 6401 (fiziki tərbiyə müəllimliyi, 11 illik kollec) və 152-ci (fiziki tərbiyə müəllimliyi, 9 illik kollec) komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər normativlərlə DİM-in saytında tanış ola bilərlər.
İmtahanların tarixi və keçiriləcəyi ünvan barədə məlumat DİM-in saytındakı cədvəldə verilib.