Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Xüsusi qabiliyyət imtahanlarına start verilib

Ali təhsil

18-06-2023, 19:53

Xüsusi qabiliyyət imtahanlarına start verilib


İyunun 18-dən etibarən Bakı şəhərində ali təhsil müəssisələrinin Təsviri sənət istiqamətinin dekorativ tətbiqi sənət ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı keçirilməyə başlanılıb.

Bu barədə "tehsil.media"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan müddəti 6 saatdır. Abituriyentlər bu imtahanda A2 formatlı kağız üzərində karandaşla naturadan antik başın rəsmini çəkirlər.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqamətinə aid Şəki şəhərində 521 və 522-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər iyunun 17-18-də, Lənkəranda 721, 722 və 723-cü komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər isə bu gün imtahanlarda iştirak ediblər. İndiyə qədər 152 abituriyent imtahanda iştirak edib.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqaməti üzrə regionlarda olan imtahanlar onlayn qaydada təşkil olunur və iyunun 25-dək davam edəcək. Regionlardakı onlayn imtahanlar Bakı şəhərindən idarə olunur və prosesə nəzarət edilir. Onlayn imtahanlar zamanı komissiya üzvlərinin kimliyi abituriyentlərə açıqlanmır və onların görüntüləri bağlı saxlanılır. Komissiya üzvləri respublikanın ali, orta və ümumi orta təhsil müəssisələrinin müəllim heyəti arasından seçilir.

Xatırladaq ki, Naxçıvan şəhəri üzrə onlayn imtahanlar iyunun 19-20-də, Gəncə şəhəri üzrə iyunun 21, 22, 24-də və Bərdə şəhəri üzrə isə iyun 24-25-də keçiriləcək. Musiqi sənəti istiqaməti üzrə Bakı şəhərində keçiriləcək imtahanlar əyani qaydada təşkil olunacaq.

İyunun 19-dan Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında (Fətəli Xan Xoyski prospekti, 98) ali təhsil müəssisələrinin Bədən tərbiyəsi və idman istiqamətinin 63-cü komissiyası (Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi) üzrə imtahanlara start veriləcək. 63-cü komissiya üzrə abituriyentin ümumi fiziki hazırlıq imtahanından aldığı müsbət qiymət orta ixtisas təhsili müəssisələrinin 6401 və 152-ci komissiyalarına da şamil ediləcək.

Ali təhsil müəssisələrinin Teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə qabiliyyət imtahanları da iyunun 19-dan etibarən Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə keçirilməyə başlanılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 19493 nəfər, orta ixtisas təhsili müəssisələrinin 11 illik təhsil bazasında ixtisasları üzrə 3850, 9 illik təhsil bazasında ixtisaslar üzrə isə 5470 abituriyent qeydiyyatdan keçib.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri haqqında “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ətraflı məlumat verilib. Jurnalın elektron variantını DİM-in saytından əldə etmək olar.

Oxunub: 335
Paylaş:
Digər xəbərlər

Ali təhsil

22-05-2023, 15:22

Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanına qeydiyyat başlayıb

Ali təhsil

30-05-2023, 11:10

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qeydiyyat başa çatır

Ali təhsil

9-06-2023, 11:22

Dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

Kolleclər

16-06-2023, 16:51

9 illik bazadan kolleclərin qabiliyyət tələb edən ixtisaslarına imtahan qrafiki açıqlanıb

Ali təhsil

19-05-2023, 19:49

Musiqi sənəti üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlərə MÜRACİƏT

Araşdırma
Bir əldə iki qarpız tutan AYNUR RÜSTƏMOVA
Emin Əmrullayev qanunsuzluq edən direktoru niyə qoruyur???
ETN+MÜTDA+ARTİ =Kimya müəllimlərini "ələ salmaq"
Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Elm və Təhsil
Dün, 12:05
Talış məktəbinin bütün məzunları ali məktəbə qəbul olub
Dün, 12:03
Əsaslı təmirdən sonra Bərdə rayonu Alpoud kənd tam orta MƏKTƏBİ
Dün, 09:51
Bir əldə iki qarpız tutan AYNUR RÜSTƏMOVA
22-08-2025, 11:08
Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır
22-08-2025, 11:07
Dövlət və özəl kolleclərdə çalışan professor və müəllimlərin SAYI
22-08-2025, 11:00
Qırğızıstanda Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilir
Hadisə
Dün, 12:04
12 yaşlı oğlan amansızlıqla döyülüb
Dün, 09:51
Bir əldə iki qarpız tutan AYNUR RÜSTƏMOVA
15-08-2025, 12:23
Emin Əmrullayev qanunsuzluq edən direktoru niyə qoruyur???
Son xəbərlər
  • Dün, 12:05
    Talış məktəbinin bütün məzunları ali məktəbə qəbul olub
  • Dün, 12:04
    12 yaşlı oğlan amansızlıqla döyülüb
  • Dün, 12:03
    Əsaslı təmirdən sonra Bərdə rayonu Alpoud kənd tam orta MƏKTƏBİ
  • Dün, 09:51
    Bir əldə iki qarpız tutan AYNUR RÜSTƏMOVA
  • 22-08-2025, 11:08
    Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır
  • 22-08-2025, 11:07
    Dövlət və özəl kolleclərdə çalışan professor və müəllimlərin SAYI
  • 22-08-2025, 11:00
    Qırğızıstanda Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilir
  • 21-08-2025, 20:08
    *Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib*
  • 21-08-2025, 10:59
    İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? - DİM-dən CAVAB
  • 21-08-2025, 10:57
    Keçmiş rektor vəfat etdi
  • 21-08-2025, 10:57
    Magistraturada minlərlə boş yer: tələbə maraqsızlığı, yoxsa planlaşdırma səhvi?
  • 21-08-2025, 10:56
    Kolleclərə ixtisas seçimi - Jurnal nə zaman nəşr olunacaq?
  • 20-08-2025, 20:39
    Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov Rayon Təhsil Sektorlarının müdirləri və PTPK-ların sədrləri ilə onlayn formatda görüş keçirdib.
  • 20-08-2025, 16:11
    BƏƏ-də ikinci yarımillik imtahanlar ləğv olunur
  • 20-08-2025, 16:09
    Növbəti vakansiya seçimi mərhələsinə start verilir
  • 20-08-2025, 08:46
    "Rəqəmsal məktəb" oyunu!
  • 19-08-2025, 13:55
    "HƏMAS Qəzza zolağına "Viagra" həbləri göndərir?"
  • 17-08-2025, 19:28
    70 minə yaxın abituriyent ixtisas seçimi edib
  • 15-08-2025, 12:55
    Bakı Avrasiya Universiteti 21 ixtisas üzrə tələbə qəbulu elan edir
  • 15-08-2025, 12:23
    Emin Əmrullayev qanunsuzluq edən direktoru niyə qoruyur???
  • 14-08-2025, 13:36
    ETN+MÜTDA+ARTİ =Kimya müəllimlərini "ələ salmaq"
  • 14-08-2025, 13:20
    "Universitetlərin illərlə verdiyi bilik kurslarda daha sürətlə öyrənilir"
  • 14-08-2025, 13:19
    Bu fənn müəllimlərinin sayı azaldılmalıdır - Deputat
  • 13-08-2025, 17:47
    Xalqımızı məhv etmək üçün...
  • 13-08-2025, 15:39
    201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
  • 13-08-2025, 12:15
    Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
  • 13-08-2025, 12:14
    Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
  • 13-08-2025, 12:12
    Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
  • 13-08-2025, 12:12
    Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
  • 13-08-2025, 12:11
    Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub
  • 13-08-2025, 12:10
    Dövlət orqanlarına daxili müsahibə elan edilir
  • 13-08-2025, 12:09
    Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU
  • 13-08-2025, 12:08
    Müəllimlərə şad xəbər: yeni tədris ilində güzəştli kartlar VERİLƏCƏK
  • 13-08-2025, 09:35
    AHİK-də “yenilik” şousu və reallığın acı üzü
  • 13-08-2025, 00:24
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
Daha çox
20-08-2025, 08:46
"Rəqəmsal məktəb" oyunu!
Dün, 09:51
Bir əldə iki qarpız tutan AYNUR RÜSTƏMOVA
20-08-2025, 20:39
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov Rayon Təhsil Sektorlarının müdirləri və PTPK-ların sədrləri ilə onlayn formatda görüş keçirdib.
21-08-2025, 10:59
İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? - DİM-dən CAVAB
22-08-2025, 11:00
Qırğızıstanda Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilir
21-08-2025, 10:57
Magistraturada minlərlə boş yer: tələbə maraqsızlığı, yoxsa planlaşdırma səhvi?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə