Dərs ilinin başlamasına bir aydan az vaxt qalıb. Artıq məktəb ləvəzimatları mağazasında alıcı sıxlığı müşahidə olunur.
Bəs əvvəlki illərlə müqayisədə qiymətlərdə fərq varmı?
Qiymətlərdə fərqi hiss etməyən və razı qalanlar da var.
Mağaza nümayəndəsi deyir ki, qiymətlər məhsulun həcminə və növünə görə dəyişir. Məsələn ortapedik çantalar adi çantaya görə daha bahalıdır. Məhsulun çoxfunksiyalı olması və dizaynı da qiymətə təsir edir. Əsas baha olan məhsullar çantadır.
Çantaların qiyməti 17 manatdan başlayır və 100 manata qədər artır.
Ötən illə müqayisədə qiymətlərdə ciddi artım müşahidə olunmur.