Ali məktəblərdə məzun günü yaxınlaşır. Tələbələr bu günü həyəcan və sevinclə gözləsələr də, qayğıları da az deyil. Məzun günü üçün xərclənən pullar onları heç də qane etmir. Tələbələr bildirirlər ki, əsas pulları məzun geyimi, xatirə albomu və əyləncə məkanına çıxır ki, bunları da qarşılamaq olduqca çətindir.
Məzunlar bildirir ki, qiymətlər çox bahadır və onların bir çoxu işləmir. Fotoqraf Elgün Əliyevin sözlərinə görə, məzunlar albomlardan daha çox fərdi və yaxud qrup şəklində fotosessiyalara üstünlük verirlər.
Fotosessiya qrup şəklində olur.
Məzun geyimləri isə parçaların materialından, rəngindən asılı olaraq dəyişir. Mantiyaların üzərinə universitetin loqosunu və adını yazdırmaq istəyənlər əlavə vəsait ödəməlidirlər.
tehsil.media xəbər verir ki, sadə mantiyaların qiyməti 25 manatdan başlayır. Yazılı mantiyalar isə 35 manatdan başlayır.
Məzunların əsas xərci əyləncə məkanlarına çıxır.
İnzibatçılar bildirirlər ki, məzun gününə xüsusi menyular tərtib olunur.
Qruplar şəklində müraciət olunduğu zaman endirim edilir. Şou proqramlarına isə menyudan əlavə qiymət hesablanır. Beləliklə, bir tələbənin məzun gününə hazırlaşması 120 manata başa gəlir. Ancaq bu xərc restoran və geyim qiymətlərindən asılı olaraq dəyişir.
TƏHSİL MEDİA