Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO

Ali təhsil

26-10-2023, 18:15

BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO


Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi və qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib.

tehsil.media xəbər verir ki, tədbirdən əvvəl simpozium çərçivəsində qrafik dizayn sərgisinə baxış keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş nitqi ilə açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu deyib: “Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” deyirdi. Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun gücü məhz türk dünyasının bu iki dahi oğlunun düsturuna əsaslanır. Hazırda bütün türk dövlətləri bu düsturun nə qədər uzaqgörən mahiyyət daşıdığının fərqinə varır, onun ətrafında birləşir. Ortaq dil, ortaq tarix, ortaq mədəni irs, ortaq maraqlara malik Türk dünyası birlikdə daha güclüdür. 2023-cü il bütün Türk dünyası üçün ikiqat bayramdır. Qardaş Türkiyə Cümhuriyyəti qurulmasının 100-cü ildönümünü qeyd edir. Güclü Türkiyə güclü Azərbaycan, güclü Türk dünyası deməkdir. Ona görə də bu bayram özünü türk hesab edən hər kəsin bayramıdır”.

Rektor diqqətə çatdırıb ki, bu iki əlamətdar hadisəni Vətən müharibəsində qazandığımız şanlı Zəfər daha da gözəlləşdirir, rövnəqləndirir: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 19-da cəmi 24 saat belə çəkməyən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı seperatçı rejimi birdəfəlik məhv etdi, ölkəmizin suverenliyi bərpa olundu. Hazırda Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə də üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Türk dünyasının birliyi hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü parlaq şəkildə büruzə verir. Türkiyə şirkətləri ilk gündən bu prosesdə fəal iştirak edirlər. Eyni zamanda, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin, Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb tikintisinin həyata keçirilməsi birliyimizin təcəssümüdür. Artıq azad Qarabağımız Türk dünyasının birləşmə nöqtəsinə - çoxsaylı siyasi, iqtisadi, mədəni tədbirlərin keçirilmə məkanına çevrilir. Əziz Şuşamız 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu, türk dövlətlərinin uşaq rəqs qruplarının iştirakı ilə “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı, III “Korkut Ata” Türk Dünyası Film Festivalı kimi mötəbər tədbirlərin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının hər sahədə güclənməsi üçün atdıqları addımların bu gün nəticəsini görürük. Xüsusilə Vətən müharibəsindən sonra reallıqların dünyaya çatdırılmasında türk mediasının nə qədər önəmli olduğunu gördük. Bütün bunlar türk dövlətlərinin siyasi, iqtisadi, sosial, hərbi, elm, təhsil sahələri ilə yanaşı, media və mədəniyyət sahələrində də daimi əməkdaşlıq etməsini, ortaq layihələr həyata keçirməsini zəruri edir”.

BDU rektoru bildirib ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi, “Birgə Media Platforması” çərçivəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması Azərbaycan və Türkiyə, eləcə də digər qardaş türk dövlətləri üçün yol xəritəsidir: “Məhz beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulması artıq günün tələbinə çevrilib. Ortaq dəyərlərimizin təbliği baxımından bu gün keçirilən III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun da bu böyük missiyaya töhfə verəcəyinə inanıram”.

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir isə qeyd edib ki, türk dövlətləri böyük bir ailədir. Bu ailənin həmişə güclü olması üçün türkdilli dövlətlərin mətbuat, mədəniyyət xadimlərinin, alimlərinin üzərinə böyük vəzifə düşür. Menderes Dəmir bu istiqamətdə birgə layihələr həyata keçirməyin, ortaq dəyərlərin təbliğinin önəmini vurğulayıb.

Daha sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və mədəniyyət kafedrasının müdiri, professor Nazire Taşpolatova, Qazaxıstan Avrasiya Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universitetinin Kommunikasiya fakültəsinin dekanı, professor Elif Asude Tuncay çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Tədbirdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının fəaliyyətinə və III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun gedişinə həsr olunmuş videoçarxlar nümayiş olunub. Daha sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Baş mükafatı qazanan rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi nümayiş olunub. “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayiş etdirilməsi planlaşdırılır. Filmin ilk nümayişi isə BDU-da keçirilib.

BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO
BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub - FOTO

Oxunub: 160
Paylaş:
Digər xəbərlər

Ali təhsil

26-10-2023, 15:12

BDU-da Simpoziumun açılışı olub

Ali təhsil

25-10-2023, 15:51

BDU-da Türk Dünyası Jurnalistlər Federasiyanın nümayəndə heyəti ilə görüş olub

Ali təhsil

13-09-2023, 17:43

BDU-da Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri ilə görüş olub

Mədəniyyət

13-10-2023, 13:46

I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Dün, 13:08
Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
Dün, 13:07
Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
Dün, 13:06
Bu kolleclərdə yeni rəhbər təyinatları olub
Dün, 13:05
Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
Dün, 00:10
Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
Dün, 00:09
Növbəti tədris ili ilə bağlı vacib yenilik
Hadisə
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Dün, 13:08
    Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
  • Dün, 13:07
    Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
  • Dün, 13:06
    Bu kolleclərdə yeni rəhbər təyinatları olub
  • Dün, 13:05
    Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
  • Dün, 00:10
    Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
  • Dün, 00:09
    Növbəti tədris ili ilə bağlı vacib yenilik
  • Dün, 00:08
    Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
  • 4-07-2025, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • 4-07-2025, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • 4-07-2025, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • 4-07-2025, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • 4-07-2025, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • 4-07-2025, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • 4-07-2025, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • 4-07-2025, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 4-07-2025, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • 4-07-2025, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • 4-07-2025, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • 4-07-2025, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • 3-07-2025, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • 3-07-2025, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
Daha çox
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
4-07-2025, 13:22
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
30-06-2025, 12:37
İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə