Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Şərqşünaslıq İnstitutu 2023-cü ildə zəngin və dəyərli nəşrləri ilə seçilib - FOTO

Elm və təhsil

31-01-2024, 18:02

Şərqşünaslıq İnstitutu 2023-cü ildə zəngin və dəyərli nəşrləri ilə seçilib - FOTO



Hər il elmi dövriyyəyə onlarla yeni nəşrlər çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 2023-cü ildə bu sahədə xüsusi fəal olub. İl ərzində institutda ümumilikdə 40-a yaxın, monoqrafiya, kitab, məqalələr toplusu və jurnal çapdan çıxıb. İnstitutun nəşrləri zənginliklə yanaşı, əsərlərin elmi əhəmiyyəti ilə də diqqəti çəkir.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı ilə əlaqədar Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevlə bağlı bir neçə kitab, toplu və jurnal nəşr olunub.

Akademik Gövhər Baxşəliyevanın “Unudulmaz Lider” adlı kitabında müəllifin müxtəlif vaxtlarda Ümummilli Liderin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, dövlətimizin inkişafı naminə həyata keçirdiyi fövqəladə missiyanı təhlil edən məqalələri, müsahibələri, çıxışları, eləcə də son 20 ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər yolunun uğurlu davamı kimi ölkəmizdə həyata keçirilən hərtərəfli fəaliyyəti əks etdirən yazıları, həmçinin Ümummilli Liderlə bağlı müəllifin xatirələri yer alır.

Filologiya elmləri doktoru Elman Quliyevin Bakıda türk dilində nəşr olunan “Haydar Aliyev ve Türk Dünyası” kitabında Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında fikirləri, eyni zamanda, Ulu Öndərin türk xalq ədəbiyyatı məsələlərini bütün türk sivilizasiyası nümunəsi kimi hərtərəfli dəyərləndirməsi də hərtərəfli təhlil edilir.

Coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasovun çin dilində nəşr olunan “Heydər Əliyev-100. Çin səfərinin tarixi” kitabında Ümummilli Liderin Çin Xalq Respublikasına rəsmi səfərinin xronologiyası, Heydər Əliyevin Çinin liderləri və dövlət xadimləri ilə görüşləri və danışıqları, mətbuat konfranslarındakı və Çin iş və elm dairələrinin nümayəndələri qarşısındakı çıxışları, səfər ərəfəsində imzalanan ikitərəfli müqavilələrin mətnləri barədə məlumat verilir.

İl ərzində, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransın tezisləri, “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusu və “Azərbaycan şərqşünaslığı” jurnalının Ümummilli Liderə həsr olunmuş sayı çapdan çıxıb.

Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin tərtibatı və məsul redaktorluğu ilə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı olmuş və 1945-1946-cı illərdə Təbrizdə dərc edilmiş “Azərbaycan” qəzetinin materiallarını əhatə edən “Azərbaycan” qəzeti” toplusunun 3-cü və 4-cü cildlərində oxucu 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş 21 Azər inqilabı, Milli Məclis və Milli hökumətin ictimai, iqtisadi və mədəni sahələrdə fəaliyyəti, həyata keçirdiyi islahatlar, Firqənin azərbaycanlıların İran daxilində muxtariyyət əldə etmək və milli-demokratik hüquqlar uğrunda mübarizəsi, siyasi fəaliyyəti əks olunan yazılarla tanış ola bilər. Nəzərə çatdıraq ki, Səməd Bayramzadənin tərtibatçısı və məsul redaktoru olduğu “Azərbaycan” qəzeti”nin onun həmkarı Saleh Dostəliyevlə birgə həyata keçirildiyi transliterasiyasının da 2-ci cildi yaxın günlərdə işıq üzü görəcək.

Fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” kitabında tarixi mənbələr, epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilir. Müəllif Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-farsdilli kitabələrdəki mətnləri düzgün şəkildə oxuyaraq, onları orijinal dillərdə sadə qrafikaya çevirib, eyni zamanda həmin yazıları ana dilimizə tərcümə edərək digər mənbələrlə qarşılaşdırmaqla geniş şəkildə şərh edib.

İnstitut alimlərinin 3 kitabı ötən il xaricdə çap olunub. Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabı Təbrizdə çapdan çıxıb. Monoqrafiyada 1905-1906-cı illər kütləvi qırğınlardan, 1918-ci il mart soyqırımından, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasından, 1990-cı il “20 Yanvar” faciəsindən, 1988-ci ildən sonra ermənilərin Azərbaycana qarşı qaldırdıqları əsassız torpaq iddiaları və ərazilərin işğalından, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından, həyata keçirdiyi soyqırımlarından, Aprel döyüşləri və Vətən müharibəsindən bəhs edilir.

Tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun “Xəzərlər və Azərbaycan” kitabı da Təbrizdə nəşr etdirilib. Fars dilində çap olunan kitab VII-X əsrlərdə Xəzər türklərinin Azərbaycan tarixindəki roluna həsr edilib. Əsərdə ərəb işğallarından öncə xəzərlərin Cənubi Qafqazda baş verən hərbi-siyasi hadisələrdəki roluna və onların bu bölgədəkisiyasi nüfuzuna qiymət verilir, yazılı tarixi mənbələrin müqayisəli təhlili əsasında ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası və Xəzər xaqanlığı arasındakı münasibətlərə yenidən nəzər salınır.

Həmçinin tarix üzrə fəlsəfə doktorları Esmeralda Ağayevanın və Fərda Əsədovun ərəb dilindən tərcümə etdikləri “Ал-Макризи, Таки ад-Дин Ахмад ибн Али. Китаб Игасат ал-умма би-кашф ал-гумма (Fəlakət səbəblərinin izahı ilə ümmətə yardım) kitabı Москваda nəşr edilib. XV əsr Misir tarixçisi Təqi əd-Din əl-Məqrizinin nəşr edilmiş bu risaləsi “Qıtlıq illərinin salnaməsi” kimi tanınır və Misirdə qədim dövrlərdən başlayaraq 1405-ci il çox sayda insanların həyatına son qoyan faciəli hadisələrə qədər aclıq illərinin tarixinə həsr olunub.

İnstitut alimlərinin ərsəyə gətirdiyi digər əsərlər də öz aktuallığı, elmi dəyəri ilə seçilir.

Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin rus dilində çap olunmuş “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” kitabı 1917-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində baş vermiş qanlı hadisələrə dair Cümhuriyyət Hökumətinin 1918-ci ildə yaratdığı “Fövqəladə Təhqiqat Komissiyasının materialları” seriyasından növbəti sənədlər toplusudur. Kitaba daxil edilən sənədlər 1918-1919-cu illərdə Gəncə quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında Andranikin başçılığı ilə erməni quldur dəstələri tərəfindən bölgənin müsəlman əhalisinə qarşı törədilmiş kütləvi qırğınlar, zorakılıq aktları, qətllər, talanlar haqda geniş məlumat verir.

Filologiya elmləri doktoru Mehdi Kazımovun rus dilində çap olunmuş “Ədəbi irsin görünməyən tərəfləri” kitabı Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub və xronoloji cəhətdən erkən orta əsrlərdən XX əsrin sonuna qədər dövrü əhatə edir. Kitabda nizamişünaslıq və Nizami “Xəmsə”si ilə bağlı nəzirə ənənəsi məsələləri araşdırılır, orta əsrlər Azərbaycan və farsdilli ədəbiyyat nümayəndələrinin yaradıcılığı izlənilir, əlyazma irsi kontekstində bəzi mənbələr işıqlandırılır.

Filologiya elmləri doktoru Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabında müvafiq ədəbiyyatın yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarların həyat və yaradıcılıqları geniş şəkildə təhlil və tədqiq edilir. Elman Quliyevin filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyeva ilə birgə nəşr etdirdiyi “Şərq xalqları antologiyası” isə ərəb, hind, əfqan, tacik və Pakistan xalqlarının ədəbiyyat nümunələri əsasında tərtib edilib, kitabda Şərq ədəbiyyatının ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları haqqında məlumatlar verilib.

Tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin “Bir daha Vahid və Bütöv Azərbaycan ərazisi haqqında” kitabında İran hakimiyyətinin anti-Azərbaycan siyasətinin əsas istiqamətlərindən birini təşkil edən Azərbaycan anlayışına qarşı mübarizəsinin “elmi” və ideoloji əsasları və hədəfləri qısa şəkildə nəzərdən keçirilərək İran mənbə, ədəbiyyatı əsasında Azərbaycan toponimini Cənubi Azərbaycan ərazisi ilə məhdudlaşdırmaq cəhdlərinin heç bir əsası və perspektivi olmadığı nümayiş etdirilir.

Tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun “Müasir dünyanın neft problemi” monoqrafiyasında müasir Türkiyənin neft probleminin mahiyyəti, hökumətlərin neft siyasəti və neft qanunvericiliyi, həyata keçirilmiş neft axtarışları, Türkiyənin neft təsərrüfatı, sənayenin xam neftlə təminatı problemi, neft sənayesinin yaradılması və müasir vəziyyəti, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində Türkiyənin neft probleminin həlli perspektivləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilir.

Filologiya üzrə fəlsəfə doktoru Zümrüd Rəhimova Şəfinin “Mahşərəf Məsturənin poeziyası” monoqrafiyasında istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri və s. ilk dəfə olaraq araşdırmaya cəlb olunur.

Şərqşünaslıq İnstitutunda 2023-cü ildə bir sıra tərcümə əsəri də çapdan çıxıb. Bu sırada filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlunun fars dilindən tərcüməsində Səməd Sərdariniyanın “Qarabağ tarixin gedişində”, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun ərəb dilindən tərcüməsində Malik Bədrinin “Peyğəmbərlərin həyatının emosional aspektləri: psixoloji düşüncələr”, İsrar Əhmədxanın “Hədislərin mötəbərliyi meyarlarının yenidən müəyyənləşdirilməsi”, Əbdülhəmid əbu Süleymanın “Müasir islam islahatçılığı: metodoloji-sosial mülahizələr”, Taha Cabir əl-Ülvaninin “Müasir müəlliflərin yaradıcılığında “məqasid” fikrinin inkişafı”, Samid Bağırovun ərəb dilində tərcüməsində “On altı əsas (Üsul sittə əşər) klassik hədis mənbələri”, Əbülhəsən Məhəmməd Deyləminin “Qürəru-l-Əxbar va durər əl-asar”, Əbu-Osman Əmr bin Bəhr əl-Cahizin “Əl-Tac fi əxlaq əl-mülük” kitablarını qeyd etmək olar.

Tədris sahəsində pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Azərbaycan dilinin tədrisi məsələləri” çap olunub.

Ötən il institutda keçirilmiş bir sıra konfransların materialları və tezisləri də çapdan çıxıb. Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransda səslənən məruzələrin tam mətnləri ayrı, tezisləri isə ayrı topluda nəşr edilib. Bundan əlavə “Nazim Hikmət – 120”, “Türkiyə Cümhuriyyəti – 100” eləcə də akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” adlı beynəlxalq elmi konfransların tezisləri çapdan çıxıb.

İl ərzində institutda bir sıra jurnallar da işıq üzü görüb. “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 7-ci sayı, “Elm tarixi və Elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının 5 və 6-cı sayları, eləcə də “Azərbaycan şərqşünaslığı” jurnalının yuxarıda qeyd ediləndən əlavə görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın və Türkiyə Cümhuriyyətinin 100 illiklərinə həsr olunmuş sayı elmi ictimaiyyətə təqdim edilib.

Sadalanan kitablardan əlavə filologiya üzrə fəlsəfə doktoru Lamiyə Hüseynovanın rus dilində “Əbu Mənsur əs-Səalibinin “Yətimətud-dəhr” antologiyası X-XI əsrlər ərəbdilli poeziyanın mənbəyi kimi”, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusubovanın “Əhməd Nədimin poetikası” monoqrafiyalarının da yaxın günlərdə çapdan çıxacağını qeyd edə bilərik.

Oxunub: 148
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

23-09-2023, 20:37

Şərqşünaslıq İnstitutunun nəşrləri Türkiyə 29 Mayıs Universitetinin kitabxanasına hədiyyə edilib

Elm və təhsil

12-06-2023, 20:20

Şərqşünaslıq İnstitutunda türkiyəli alimlərlə görüş olub

Elm və təhsil

7-06-2023, 12:09

Şərqşünaslıq İnstitutu əməkdaşının Ulu Öndər haqqında məqaləsi Misirdə dərc olunub

Gündəm

2-11-2023, 10:16

İraqdakı Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

Ali təhsil

31-10-2023, 13:00

Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Dün, 13:08
Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
Dün, 13:07
Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
Dün, 13:06
Bu kolleclərdə yeni rəhbər təyinatları olub
Dün, 13:05
Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
Dün, 00:10
Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
Dün, 00:09
Növbəti tədris ili ilə bağlı vacib yenilik
Hadisə
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Dün, 13:08
    Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
  • Dün, 13:07
    Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
  • Dün, 13:06
    Bu kolleclərdə yeni rəhbər təyinatları olub
  • Dün, 13:05
    Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
  • Dün, 00:10
    Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
  • Dün, 00:09
    Növbəti tədris ili ilə bağlı vacib yenilik
  • Dün, 00:08
    Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
  • 4-07-2025, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • 4-07-2025, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • 4-07-2025, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • 4-07-2025, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • 4-07-2025, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • 4-07-2025, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • 4-07-2025, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • 4-07-2025, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 4-07-2025, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • 4-07-2025, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • 4-07-2025, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • 4-07-2025, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • 3-07-2025, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • 3-07-2025, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
Daha çox
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
4-07-2025, 13:22
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
30-06-2025, 12:37
İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə