Layihə işlərinin keçirilməsində məqsəd şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməkdir.
Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtlarını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul, həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələr hazırlayarkən müəllim mövzu və ya problemləri müəyyən edir və sinfə bunlardan birini seçmək imkanı verir. Mövzu yaxud problem, həmçinin sinif tərəfindən “əqli hücum” üsulu ilə seçilə bilər.
Mövzu və ya problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.), bunları əldə etmək yollarını, iş formalarını (fərdi, yoxsa qrup şəklində) müəyyən edirlər.
İş prosesində müəllim suallara cavab verə yaxud yol göstərə bilər. İşin icrasına isə şagirdlər özləri cavabdehdirlər.
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər formasında ifadə oluna bilər.
Layihə şagirdlərin, mövzunun, bölmənin öyrənilməsinə yönəlmiş, müəllimin tövsiyəsi ilə hazırlanan və həyata keçirilən yaradıcı müstəqil işdir.
Bu üsul təlimin fəal zəmində, şagirdlərin məqsədyönlü fəaliyyəti əsasında təşkilini nəzərdə tutur. Şagirdlər layihə üzrə iş zamanı dərslərində əldə etdikləri bilik və bacarıqların həyatda onlar üçün nə dərəcədə gərəkli olduğunu başa düşürlər. Layihə üzrə fəaliyyət üçün şagirdlərdə maraq oyadan, onları fəaliyyətə, o cümlədən mövzu, problem üzrə sinifdənxaric oxuya sövq edən problem seçilir. Layihə üzrə fəaliyyətin məqsədi həmin problemin həlli yollarını tapmaqdan ibarətdir. Müəllim bu məqsədlə şagirdlərə yeni informasiya mənbələri, müstəqil axtarışların hansı istiqamətdə aparılması ilə bağlı tövsiyələr verir.
Layihə üzrə işi şagirdlər kiçik qruplarda və müstəqil həyata keçirə bilərlər. Maraqlı problemin həllinə yönəlmiş belə fəaliyyət məktəbliləri təlim məqsədlərinə, eləcə də maraqlarına uyğun sinifdənxaric oxuya cəlb etməklə öz imkanlarını üzə çıxarmağa, bacarıqlarını sınamağa, təqdim etməyə şərait yaradır. Məsələn, V sinifdə təbiət mövzusunda əsərlər öyrənildikdən sonra şagirdlərə “Azərbaycan şairlərinin şeirlərində təbiətin tərənnümü” mövzusunda təqdimat hazırlamaq təklif oluna bilər. Məqsəd şagirdlərdə doğma yurdun təbiətinə məhəbbət hissinin dərinləşdirilməsi, yaradıcılıq qabiliyyətlərinin, estetik duyumun, idraki fəallığın inkişaf etdirilməsidir.
Bu üsul üzrə iş aşağıdakı mərhələlərdə həyata keçirilir:
1.
Hazırlıq (layihənin mövzusu və məqsədi aydınlaşdırılır). Şagirdlərə təbiət mövzusunda əsər yazmış sənətkarlar haqqında albom hazırlamaq təklif olunur. Onlar tapşırığı yerinə yetirərkən sənətkarlar haqqında məlumat toplayır, əsərlərinə illüstrasiyalar çəkir, albomun bədii tərtibatı ilə məşğul olurlar. Layihə üzrə fəaliyyət prosesində toplanmış materialın albomda necə yerləşdirilməsi, başlıqlar, mətnlərin əlaqələndirilməsi və s. məsələlər öz həllini tapır.
2.
Planlaşdırma. Şagirdlər qarşıya qoyulan məqsədə uyğun olaraq qruplara ayrılırlar. Hər qrup ilin bir fəsli üzrə əsərlər toplayır. Layihə ilə bağlı müxtəlif ideyaların, təşəbbüslərin, təkliflərin üzə çıxarılması məqsədilə müzakirə aparılır, ayrı-ayrı qruplara verilən tapşırıqlar dəqiqləşdirilir.
3.
Fəaliyyət. Qruplar fəaliyyətə başlayır, əsərlərlə tanış olur, seçim aparır, bədii tərtibat işləri ilə məşğul olur, təqdimata hazırlaşırlar.
4.
Məhsul. Qruplar layihə işinin sonunda bir məhsul ortaya qoyurlar.
5.
Təqdimat. Qruplar öz fəaliyyətlərinin nəticələrini təqdim edirlər. Bir qrup musiqili ədəbi-bədii komozisiya ilə çıxış edir. Digər qrup hazırlanmış albomu nümayiş etdirir, ayrı-ayrı sənətkarların əsərlərini ifadəli şəkildə söyləyir. Üçüncü qrup albomun tərtibatı, məzmunu ilə əlaqədar məlumat verir, illüstrasiyaları nümayiş etdirir. Dördüncü qrup mövzu ilə bağlı videosüjet təqdim edir. Beşinci qrup ayrı-ayrı əsərlər, sənətkarların yaradıcılığı barədə öz fikirlərini çatdırır. Təqdimatlar müzakirə olunur. Layihənin iştirakçıları suallara cavab verir, fikir mübadiləsi aparır, öz fəaliyyətlərini dəyərləndirirlər.
Müəllim qrupların fəaliyyəti, mənbələrdən, sinifdənxaric oxu materiallarından istifadə, bədii tərtibat və s. məsələlərlə bağlı formativ qiymətləndirmə aparır.
Şifahi nitqlə bağlı verilmiş müvafiq qiymətləndirmə cədvəlindən istifadə etməklə təlim məqsədlərinin nə dərəcədə reallaşdığını müəyyənləşdirmək məqsədəuyğundur.
Tədqiqatın nəticəsi təqdimat, illüstrasiyalar, fotoşəkillər, videomaterial, albom, toplu, səhnələşdirmə formasında ifadə oluna bilər.
Müəllim dərsliklərin sonunda verilmiş layihə nümunələrindən başqa, məqsədəuyğun hesab etdiyi, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun digər layihələr üzərində də iş təşkil edə bilər.
Layihələrin nəticəsi şagird portfoliosuna yığıla bilər.
Layihələr üzrə iş şagirdlər tərəfindən kiçik qruplar şəklində müəyyən bölmə, mövzu üzrə problemi həll etmək üçün müstəqil tədqiqat aparılmasını nəzərdə tutur. Bu prosesdə müəllim bələdçi kimi fəaliyyət göstərir, məsləhət və istiqamətləndirici tövsiyələr verir, şagirdlərə öz yaradıcılıq imkanlarını reallaşdırmağa, təqdim etməyə imkan yaradır, onların fəaliyyətini yönləndirir.
Şagirdlərin müstəqil, yaradıcı işinin nəticəsi olan, məktəb təcrübəsində özünü doğrultmuş layihə üzrə təqdimatların (ədəbi-bədii gecə, ifadəli oxu müsabiqəsi, ədəbi viktorinalar, krossvordlar, videosüjet hazırlanması, müsahibələrə baxış, sərgi və s.) müzakirəsi və təqdimatlarda incəsənətin digər növlərindən, başqa fənlər üzrə mənimsənilmiş biliklərdən istifadə müsbət nəticə verir. Layihənin təqdimatında informasiya-kommunikasiya vasitələrindən, slaydlardan, videoçarxlardan, elektron lövhədən istifadə məqsədəuyğundur.
Layihələr üzrə iş ciddi hazırlıq tələb edir. Şagirdlərə görüləcək işlərlə bağlı tövsiyələr, məsləhətlər verilir. Kiçik qruplar arasında iş bölgüsü aparılır, işin icra müddəti, təqdimatın forması, istifadə olunacaq vasitələr (ədəbiyyat, mənbə, təsvir vasitələri və s.) müəyyənləşdirilir.
Hər yarımildə şagirdlər tərəfindən seçilən bir və ya iki layihə üzrə iş aparılması məqsədəuyğundur.
Layihələr üzrə iş şagirdlərə əldə etdikləri bilik və bacarıqları tətbiq etməkdə, onların həyati əhəmiyyətini başa düşməkdə kömək edir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə yönəldir, onlarda əməkdaşlıq və birgə fəaliyyət bacarığı formalaşdırır.
Təlim layihələrinin müxtəlif növləri vardır. Aparıcı fəaliyyət növünə görə layihələr məlumatlandırıcı (informasiya səciyyəli) və tədqiqedici olur. İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.
Layihə üzrə iş öyrədici və yaradıcı səciyyə daşıyan, şagirdlərin bilik və bacarıqlarının tətbiqini, dərinləşdirilməsini nəzərdə tutan, fərdi, kiçik və ya böyük qruplarda yerinə yetirilən müstəqil tədqiqat fəaliyyətidir. Layihənin icrası zamanı müəllim bələdçi kimi öz tövsiyələri ilə şagirdlərin araşdırmalarının düzgün yönləndirilməsinə yardımçı olur.
Layihə şagirdlərin mənbələr üzrə müstəqil araşdırma aparmalarına, bilik və bacarıqlarını tətbiq etməklə problemi həll etmələrinə imkan yaradır, onlarda əməkdaşlıq, birgə fəaliyyət bacarıqlarını formalaşdırır. Təlimi layihələrinin müxtəlif növləri vardır. Ədəbiyyat dərslərində fəaliyyət növü baxımından sənətkarın həyatı, yaradıcılığı, bədii əsər, ədəbiyyat tarixinin mərhələləri ilə bağlı layihələr üzrə iş məqsədəuyğundur.
Layihələrə hazırlıqda dərsliklərdəki mətnlərlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Şagirdlər, ilk növbədə, dərsliklərdəki sualları və onların ilkin aydınlaşdırmasına imkan verən istiqamətləndirici mətnləri mənimsəməlidirlər. Sinfin əlavə mənbələrlə təmin edilməsi məqsədəuyğundur. Mətnlərlə iş üsullarının öyrənilməsi şagirdlərdə müstəqil araşdırma aparmaq, əməkdaşlıq etmək, ünsiyyət vərdişlərini zənginləşdirmək kimi bacarıqların inkişafına imkan yaradır.
Şagirdlər layihə üzrə işin nəticəsini aşağıdakı meyarlar üzrə dəyərləndirə bilərlər:
1.
Mən layihə üçün zəruri olan əlavə mənbələrdən istifadə etdim; 2.
Mövzu üzrə məlumatların dərinləşdirilməsi və zənginləşdirilməsi üçün axtarış apardım; 3.
Araşdırma zamanı əsas və ikinci dərəcəli məlumatları müəyyənləşdirdim, zəruri və qənaətləndirici olanları seçdim; 4.
Mənbələr üzrə əldə olunanları əlaqələndirdim, ümumiləşdirdim və nəticə çıxardım; 5.
Nəticələrin təqdimolunma formasını (yazılı və ya şifahi təqdimat, slayd və s.) müəyyənləşdirdim. Öyrənilmiş materialın düzgün təqdim edilməsi kurikulum üzrə ədəbiyyat dərslərində şagirdlərdə formalaşdırılan əsas bacarıqlardandır.
Şagirdlərdə təqdimetmə bacarığının formalaşdırılması üçün dərs ili boyu müstəqil olaraq müvafiq məlumatları əldə etmək, müxtəlif mənbə və vasitələrdən düzgün yararlanmaq, informasiya texnologiyalarının imkanlarından faydalanmaq, əldə olunanları sistemləşdirmək və ümumiləşdirmək bacarıqları aşılanmalıdır.
Bu baxımdan, öyrənilən bədii əsərlərlə bağlı təqdimatlar hazırlamaq üçün demək olar ki, hər bir dərsdə, eləcə də hər yarımilin sonunda müxtəlif mövzuların təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin apardıqları tədqiqatların nəticələrini, qazandıqları bilkləri layihələr üzrə təqdimatlara həsr olunmuş dərslərdə nümayiş etdirməsi isə müstəqil araşdırma aparmaq, yaradıcı fəaliyyətin nəticələrini təqdim etmək bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.
I və II yarımilin sonunda müstəqil iş üzrə təqdimatlara ayrılmış dərs saatları şagirdlərin yarımil ərzində sənətkarın həyatı ilə bağlı müstəqil araşdırmalarının nəticəsinə həsr olunur. Şagirdlərin seçdiyi bu və ya digər sənətkarın həyatı ilə əlaqədar hazırladığı təqdimatlar dinlənilir, müzakirə edilir və dəyərləndirilir.
Layihələr üzrə iş şagirdlərin müxtəlif mənbələrlə, dərsliklərdəki müvafiq materiallarla işləmələrini, bilik və bacarıqlarını tətbiq etmələrini, yaradıcı fəaliyyət göstərmələrini təmin edir.
Layihəyə verilən əsas tələblər:
1.
Layihənin mövzusu sosial əhəmiyyətli problem olmalıdır. Bu, tədqiqat, informasiya, praktikyönümlü tapşırıq ola bilər.2.
Layihənin icra planı olmalıdır. Layihə addım-addım işlənməlidir.3.
Hər bir layihə mütləq şagirdlərin tədqiqat işini tələb etdiyindən layihə fəaliyyətinin əsas cəhəti informasiya axtarşıdır ki, bu da sonra emal olunur, dərk edilir və layihə qrupunun iştirakçılarına təqdim edilir.4.
Layihə üzərində işin yekunu, başqa sözlə, layihənin nəticəsi – məhsul olmalıdır.5.
Hazırlanmış məhsul inandırıcı şəkildə və problemin həlli üçün ən məqbul vasitə kimi təqdim edilməlidir.Beləliklə, layihə 5 “komponent"dən ibarətdir: Problem – Planlaşdırma – İnformasiya axtarışı – Məhsul – Təqdimat.
Layihənin 6-cı "komponent"i – onun portfoliosudur, yəni layihənin bütün iş materiallarının, o cümlədən qaralamaların, gündəlik planların, hesabatların və s. toplandığı qovluqdur.
Vacib qayda: layihə üzərində işin hər mərhələsinin öz konkret məhsulu olmalıdır!
Layihənin qiymətləndirilməsi layihənin fəaliyyətinin, effektivliyinin və nəticələrinin qiymətləndirilməsidir. Bu, layihənin öz məqsədlərini təhlil etdiyini və uğur meyarlarına cavab verib-vermədiyini görmək üçün məlumatları əhatə edir.
Layihənin qiymətləndirilməsi sadəcə nəticələr və nəticələrin ölçülməsindən kənara çıxır; o, layihənin yaratdığı ümumi təsiri və dəyəri araşdırır.
Nəyin işlədiyini və nəyin yaramadığını öyrənərək, təşkilatlar növbəti dəfə daha yaxşı nəticələr əldə etmək üçün planlaşdırmalarını təkmilləşdirə və dəyişikliklər edə bilərlər. Bu, daha böyük mənzərəni görmək və hər şeyi daha da uğurlu etmək üçün bir addım geri atmaq kimidir.
Layihənin qiymətləndirilməsi uğurun ölçülməsi üçün aydın məqsədlərin və meyarların müəyyən edilməsi ilə başlayır. Bu məqsədlər və meyarlar qiymətləndirmə üçün çərçivə yaradır və layihənin məqsədlərinə uyğunluğu təmin edir.
Layihənin Qiymətləndirilməsi Növləri
Layihənin qiymətləndirilməsinin ümumiyyətlə dörd əsas növü vardır:
№1 –
Performansın Qiymətləndirilməsi:
Bu tip qiymətləndirmə layihənin yerinə yetirilməsinin ona uyğunluğu baxımından qiymətləndirilməsinə yönəlmişdir layihə planları, cədvəllər, büdcələr, və keyfiyyət standartları. O, layihənin öz məqsədlərinə cavab verib-vermədiyini, nəzərdə tutulan nəticələrə nail olub-olmadığını və resurslardan səmərəli istifadə etdiyini yoxlayır.№2 –
Nəticələrin Qiymətləndirilməsi:
Nəticələrin qiymətləndirilməsi layihənin daha geniş təsirini və nəticələrini qiymətləndirir. O, ani nəticələrdən kənara çıxır və layihənin yaratdığı uzunmüddətli nəticələri və faydaları araşdırır.
Bu qiymətləndirmə növü layihənin məqsədinə nail olub-olmadığını nəzərə alır arzu olunan məqsədlər, yaradıldı müsbət dəyişikliklər, və töhfə verdi nəzərdə tutulan təsirlər.№3 –
Prosesin Qiymətləndirilməsi:
Prosesin qiymətləndirilməsi layihənin həyata keçirilməsi prosesinin effektivliyini və səmərəliliyini yoxlayır. Layihənin idarə edilməsini qiymətləndirir strategiyaları, metodikalarvə yanaşmalar layihəni həyata keçirmək üçün istifadə olunur.
Bu qiymətləndirmə növü layihənin planlaşdırılması, icrası, koordinasiyası və kommunikasiyasında təkmilləşdirmə üçün sahələrin müəyyən edilməsinə yönəlib.№4 –
Təsirin Qiymətləndirilməsi:
Təsirin qiymətləndirilməsi nəticələrin qiymətləndirilməsindən daha da irəli gedir və layihənin nəticələrini müəyyən etmək məqsədi daşıyır, səbəbli əlaqələr müşahidə edilən dəyişikliklər və ya təsirlərlə.
O, xarici amilləri və potensial alternativ izahatları nəzərə alaraq layihənin əldə edilmiş nəticələrə və təsirlərə nə dərəcədə aid edilə biləcəyini anlamağa çalışır.Qeyd: Bu cür qiymətləndirmələr birləşdirilə və ya layihənin xüsusi ehtiyaclarına və kontekstinə uyğunlaşdırıla bilər.Metodika üzrə təlimçi, pedaqoq Sevinc Məmmədova