Elm və Təhsil Nazirliyinin 2023-cü il üzrə Fəaliyyət Planında müəyyənləşdirilmiş altfəaliyyətə uyğun olaraq “SABAH” qrupları layihəsinin yeni işə qəbul edilmiş müəllim heyəti üçün peşə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "
TehsilMedia.az"a bildirilib ki, təlimlər müddətində 61 müəllimə “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” və “Tələbəyönümlü öyrənmə, öyrətmə və qiymətləndirmə” başlıqlarına uyğun məlumatlar təqdim edilərək mövzu ətrafında müzakirələr aparılıb.