Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Belə müəllimlərdən biri də musiqi və məntiq müəllimi Pərvanə Əzizovadır.
O
TehsilMedia.az-ın sullarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-Pərvanə xanım istərdik ki, özünüz barədə oxuculara məlumat verəsiniz.Mən musiqi müəllimi olaraq fəaliyyət göstərirəm. 2012-ci ildən etibarən pedoqoji fəaliyyətlə məşğulam. 2017-ci ildə müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərmişəm və İsmayıllının 5 nömrəli tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamışam. Sonradan fəaliyyətimi fərqli məktəblərdə davam etdirmişəm.
-Fəaliyyətinizdə hansı yenilikləri etmək istəyirsiniz?Orta ixtisas təhsilli müəllimlərin orta məktəblərdə müəllim olaraq fəaliyyət göstərməsini istəyərdim. Çünki orta ixtisas təhsilli müəllimlər orta məktəblərdə dərs deyə bilmirlər. Mən bu halın dəyişdirilməsini arzu edərdim. Musiqi müəllimlərinə qarşı edilən əsas və qeyri fənn müzakirələrinin aradan qaldırılmasını da istəyərdim. Bütün fənnlər eyni səviyyədə insanın gələcəyi üçün önəmlidir.
- Bəzən gənc müəlimlər tələbələri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Bəs siz gənc müəllim olaraq hansı pedoqoji metodlardan istifadə edirsiniz?Tələbələri dərs prosesinə cəlb etməkdə heç bir çətinlik çəkmirəm. Çünki işimi çox sevirəm və tələbələrimə dərsi sevərək keçirəm. Kurikulumun bizə verdiyi səmərəli fəaliyyətlərdən istifadə edirəm. Fərqli metodlar sınamağa və dərsimlə bağlı yeniliklər etməyə çalışıram.
-İnkişaf etdirmək üçün hər zaman inkişafda olmaq lazımdır. Bəs siz müəllimin inkişafını nədə görürsünüz?Bir müəllimin inkişaf etməsi üçün ən başlıca vasitələrdən biri daima öz üzərində çalışmasıdır. Hər bir müəllim müasir dövrün yenilikləri ilə
ayaqlaşmalıdır. Müəllimlər daima axtarışda olmalı, yeni biliklər əldə etmək üçün səy göstərməlidir.
-Müəllim həmkarlarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?Hansı ixtisas sahibi olmağından aslı olmayarq hər bir kəs işini sevərək icra etməlidir. Mən məntiqə olan sevgim sayəsində bugün musiqi dərsləri ilə yanaşı məntiq fənnindən də dərslər və təlimlər keçirəm.
Şagirdlərə daima sevgi və qayğı ilə yanaşmaq lazımdır. Unutmayaq ki, bugün parta arxasında oturan hər şagird gələcəkdə Azərbaycanı dünyada tanıtdıracaq bir şəxs, alim və siyasətçi ola bilər.