Sinif otağı təhsilin baş verdiyi əsas məkandır. Əslində təhsil, tədris elə sinif otağından, auditoriyadan ibarətdir.
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, nə baş verirsə elə sinifdəbaş verir. Yaxşı və ya pis.
“Təhsil prosesinin əsas iştirakçıları olan təhsil alanlar və təhsil verənlər orada görüşür. Digər komponentlər isə sadəcə olaraq əlavə vasitələrdir.
Təhsilin məqsədi də, hədəfi də məhz sinifdə reallaşır. Ona görə də sinifdə kimin olması, o kimin orada nə etməsi hər şeydən vacibdir.
George I.N., Sakirudeen tədqiqatlarının birində yazdığı kimi "Sinifdəki şagirdlərin məqsədi öyrənmək olsa da, onların davranışlarına rəhbərlik etmək üçün lider müəllimlərə ehtiyacları var "-,qeyd edib.