Abituriyentlər daha çox I və II ixtisas qruplarına imtahan verirlər. İldən-ilə bu ixtisas qruplarına imtahan verənlərin sayı çoxalır. Sözügedən ixtisas qruplarının sayı III və IV qrupları üstələyib. Humanitar ixtisas qruplarına maraq olduqca azalıb.
Tehsilmedia.az xəbər verir ki, abituriyentlərin fikirlərinə görə, dövrün tələbləri dəyişdikcə ixtisas seçimləri də istiqamətlənir. Onlar deyir ki, I və II qruplarda gələcəkdə iş üçün gəlirli ixtisaslar mövcuddur.
Təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkənin inkişaf konsepsiyasına uyğun olaraq, mühəndis, texnologiya, İKT üzrə kadrlara ehtiyac artıb. Buna görə də, gənclərin marağı daha çox dəqiq elmlərədir. Ekspert deyir ki, ixtisas seçimində maddi rifah əsas götürülür. Əmək bazarında sözügedən peşələr üzrə tələbat artdıqca həmin sahələrdə maaşlar da yüksəlir. Ekspertin sözlərinə görə, maraq və tələbat azalan ixtisaslar sıxışdırılıb çıxarıla bilər.
TƏHSİL MEDİA