Son illər Azərbaycanda qiyabi təhsilə maraq azalıb. Müşahidələr göstərir ki, abituriyentlər seçim zamanı daha çox əyani təhsil formasına üstünlük verirlər.
Mütəxəssislər qiyabi təhsilin dövrün tələblərinə cavab vermədiyini söyləyirlər. Ekspert
Elçin Əfəndi bildirir ki, qiyabi tədris zamanı tələbələr keçirilən dərsləri mənimsəyə bilmirlər.
Müəllim
Almaz Həsrət deyir ki, statistik göstəricilərə görə qiyabi təhsil alanların arasında yüksək nəticə göstərənlərin sayı azdır. Tələbə müəllim ilə təmasda az olduğu üçün fənlərin məzmununu yaxşı dərk edə bilmirlər.
Təhsil ala-ala işləmək istəyənlər qiyabi təhsilə üstünlük verirlər. İşləyən tələbələrin təhsil səviyyəsini yüksəltmək üçün müxtəlif təkliflər var.
Elçin Əfəndi bildirir ki, axşam şöbələrinin yaradılmasının tərəfdarıyıq. Bu, işləyən tələbələr üçün daha uyğundur. Təkliflər arasında qiyabi təhsilin distant təhsillə əvəz edilməsi də var. Nəzərə alsaq ki, pandemiya dövrü distant təhsil təcrübəmizi artırdı. Mütəxəssislər bu əvəzlənmə istiqamətində daha ciddi düşünürlər.
TƏHSİL MEDİA