NƏ YARDAN DOYUR, NƏ DƏ ƏLDƏN QOYUR...
Son zamanlar maraq doğuran hadisələrdən biri də Aynur Rüstəmovanın ARTİ-dən ayrılıb Abşeron-Xızı Regional Təhsil İdarəsinə işləməyə başlasa da, hələ də ARTİ ilə olan bağlılığıdır. Aynur Rüstəmovanın yerinin vakansiya olmaması, Aynur xanımın hələ də təlimlər keçməsi, həmçinin iş vaxtlarında bunker kimi işdə olmaması ictimaiyyətdə sual yaradır. Necə ola bilər ki, Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərəsən, amma işinin başında olmayasan?! Məgər Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir müavini təyin ediləcək bir şəxs yox idimi? Ya da Aynur xanımın yerinə ARTİ-də onu əvəz edəcək biri yox idimi?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini işləmək çox ağır və məsuliyyətli işdir, hər dəfə Aynur xanımın işdə olmaması nə dərəc düzgündür? Hansı əsaslarla Aynur xanım bu ikili işlərinə davam edir. Əvvəl müdirliklə fərdi sahibkarlıq edirdi, indi də belə davam edir. Bu xanımın arxasındakı "hörmətli qüvvələr" nə vaxta kimi belə davam etməyi düşünürlər?