Şəhər mərkəzindəki universitetlərin kənara köçürülməsi təsdiq edilir.
Paytaxtda sıxlığın əsas səbəblərindən biri kimi həm də mərkəzdə yerləşən ali təhsil müəssisələrinin çoxluğu göstərilir. Buna görə də universitetlərin, Bakıdan kənar rayon və qəsəbələrə köçürülməsi tez-tez gündəmə gətirilir. Hazırda ölkədə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Onların 35-i paytaxtın payına düşür. Hətta elə ərazilər var ki, 4-5 universitet bir-birinin yaxınlığında yerləşir. Buna misal olaraq metronun Elmlər Akademiyası stansiyasını göstərmək olar.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu sahədə yeni infrastukturun yaradılmasına ehtiyac var. Məsələn, Gəncə, Sumqayıt, Şəki və digər ali təhsil müssisələri yaratmaq olar. Bu, həmin bölgələrin də inkişafına təsir edər. Lakin universitetləri bölgələrə köçürmək o qədər də asan məsələ deyil. Bunun üçün birinci növbədə böyük miqdarda vəsait tələb olunur. Millət vəkili hesab edir ki, yalnız kompleks tədbirlər görməklə paytaxtda yerləşən ali təhsil müəssisələrini kənar rayonlara köçürmək olar. C.Məmmədov onu da əlavə edir ki, rayonlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində infrastrukturu yaxşılaşdırmaqla həmin universitetlərə daha çox tələbə cəlb etmək mümkündür.
TƏHSİL MEDİA