"Birləşmiş Ştatlar uzunmüddətli və hərtərəfli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycana kömək göstərməyə hazırdır".
TehsilMedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, vitse-spiker Ruben Rubinyan, ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olson ilə görüşdə fikir səsləndirilib.
Tərəflər Ermənistan-Amerika əlaqələrinin möhkəm olduğunu vurğulayıblar. ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Olson həmçinin Birləşmiş Ştatların Ermənistan və Azərbaycana gərginliyin azaldılması, uzunmüddətli və hərtərəfli sülhə nail olunması istiqamətində kömək göstərməyə hazır olduğunu bəyan edib.