Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
TehsilMedia.az xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin, AMEA-nın əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin "Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur”, "Heydər Əliyevin Azərbaycançılıq ideyalarının və dövlətçilik konsepsiyasının elmi, fəlsəfi əsasları”, "Heydər Əliyev və Azərbaycan dilinin qorunması”, "Heydər Əliyev və əbədiyaşarlıq”, "Heydər Əliyev ideyaları və Azərbaycançılıq məfkurəsi müasir ədəbiyyatda: yazıçı-alim Sadıq Qarayevin "Sahilsiz təzadlar”, "Sahibsiz kölgələr”, ""Sarvansız zamanlar” əsərlərinin nümunəsində” mövzuları əsas diqqət mərkəzində olub.
Nəzərdə tutulan mövzularda Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Səma Vəliyeva, b.ü.f.d., dosent, AYB və Rusiya Yazıçılar İttifaqı üzvü, "Qızıl kəlmə” mükafatçısı Sadıq Qarayev, AMEA-nın əməkdaşları f.e.d. Mərziyyə Nəcəfova, f.ü.f.d., dosent Şabanov Zeynəddin, tarix üzrə fəlsəfə doktoru Yaqut Emirova, t.ü.f.d. İlham Həsənov, Arzu Musayeva, Elm və Təhsil Nazirliyinin əməkdaşı f.ü.f.d, dosent, şair Adilə Nəzər, ADPU əməkdaşı f.ü.f.d., dosent Yeganə Qəhrəmanova, Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin professoru Şevkiye Kazan Nas, AYB üzvləri tənqidçi, yazıçı, Əsəd Cahangir, Əməkdar mədəniyyət xadimi Qəşəm Nəcəfzadə, Kredo qəzetinin baş redaktoru, yazıçı şair Əlirza Xələfi, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Səfərov Qaracaylı, yazıçı, şair Arzu Əsəd, şair, yazıçı Hacı Loğman Qorqud, şair Hacı İlham Qurbanoğlu, yazıçı Əliyeva Lətifə, yazçı, tənqidçi Hacıyev Kənan və şair Elşad Barat çıxış ediblər.