Mayın 12-də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) İtaliyanın Milli Tədqiqat Şurasının Bioelmlər və Bioresurslar İnstitutunun professoru Françesko Paoloççinin iştirakı ilə elmi seminar keçirilib.
Bu barədə "TehsilMedia.az"a MBBİ-dən bildirilib.
Tədbirdə çıxış edən institutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova belə tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.
Professor Françesko Paoloççi apardığı elmi işlərin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. O qeyd edib ki, hazırda heyvan yemi kimi istifadə olunan paxlalı bitkilərdə proantosianidin biosintezi üzərində genetik nəzarət tədqiq edilir. A. filiculoides bitkisində flavonoidlərin biosintezinin genlərdən və ətraf mühitdən asılılığı öyrənilir.
İtaliyalı alim MBBİ əməkdaşlarının suallarını cavablandırıb.