AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq orta məktəblərdə "Zəlzələ zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.
Bu barədə "TehsilMEdia.az"a AMEA-dan məlumat verilib.
Bildirilib ki, mayın 12-də AMEA nəzdində RSXM-nin əməkdaşları Bakı şəhəri, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində "Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçiblər. Tədbirdə RSXM-nin Maqnitometriya şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib.
Həmçinin mərkəz əməkdaşları tərəfindən şagirdlərə "Zəlzələ zamanı davranış qaydaları”na dair bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.