Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının kollektivi Naxçıvan Muxtar Respublikasına səfər edib.
Bu barədə "TehsilMedia.az"a AGMA-dan bildirilib.
Naxçıvan Gənc Müəllimlər Assosiasiyasi və üzvləri ilə görüş baş tutaraq birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Səfər çərçivəsində gənc müəllimlər Heydər Əliyev Muzeyini ziyarət edib, görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlara baxış keçiriblər.