Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda "Rentgen, elektron difraksiya metodları və bizim gördüyümüz işlər” mövzusunda seminar təşkil olunub.
İnstitutdan "TehsilMedia.az"a bildirilib ki, seminarda fizika-riyaziyyat elmləri doktoru Mahmud Kazımov məruzə ilə çıxış edərək əvvəlcə mövzunun aktuallığından danışıb. O, difraksiya metodlarından və bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib. Plastinka və iynə formalı teksturalardan alınan elektronoqrammaları təqlid edən monokristal fırlanma metodlarından və elektronoqrammaların araşdırma düsturlarından söhbət açıb. Alim qeyd edib ki, əldə olunan nəticələr "Kristalloqrafiya” jurnalında dərc olunub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.