Bu gün Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda müəssisənin gənc alimləri, doktorant və magistrantları üçün "Beynəlxalq və yerli konfransların axtarış sistemləri və metodları” mövzusunda maarifləndirici seminar keçirilib.
Bu barədə "TehsilMedia.az"a institutdan bildirilib.
Seminarda institutun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə mövzu üzrə slaydlı təqdimatla çıxış edərək gənc mütəxəssislərin konfrans materialını işləməyə başlayarkən diqqət yetirməli olduqları vacib məqamlar, konfrans referatında nə olmalıdır?, ölkədaxili və beynəlxalq konfranslarda tezislərin tərtibat qaydaları barədə ətraflı məlumat verib. Həmçinin "Biofizika” ixtisası üzrə "Web of Science” və "Scopus” axtarış platformasına daxil olan bir sıra konfransların siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda mövzu üzrə gənc alimlərin sualları cavablandırılıb.