Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda "Açıq elm” mövzusunda seminar keçirilib.
Bu barədə "TehsilMedia.az"a institutdan məlumat verilib.
Seminarın mövzusunun aktuallığından bəhs edən institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov bildirib ki, elm sahəsində daha böyük uğurlar əldə etmək üçün müasir elmi mühitin tələblərinə uyğun fəaliyyət zəruridir. O, intellektin cəmiyyətin inkişafında gələcəkdə əsas meyar olacağını qeyd edib. R.Rüstəmov elmi fəaliyyətin idarə olunmasında abstrakt görünən intellektin mahiyyətindən danışıb.
Səidə Məmmədova məruzəsində "Açıq elm”in əhəmiyyətindən danışıb. Bildirib ki, ilk dəfə UNESCO tərəfindən yaradılmış bu istiqamətdə beynəlxalq sistemdə fəal işlər aparılır. Ümumilikdə elmin sərhədsiz məfkurəsi "Açıq elm”in mahiyyətində özünü əks etdirir. O, bu sahədə mövcud nailiyyətlər və problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.