Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumunu təşkil edir.
Bu barədə "TehsilMedia.az"a AGMA-dan məlumat verilib.
Bildirilib ki, forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.
27 aprel 2023-cü il saat 20:00-da onlayn formatda keçiriləcək olan Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, ədəbiyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır. Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır.
Onu da bildirmək istərdik ki, qeydiyyat linkindən ilk qeydiyyatdan keçmiş 300-350 müəllimə öncəlik veriləcəkdir və forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Qeyd edək ki, forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.
Qeydiyyat linki: https://chat.whatsapp.com/JvLeZ3O8mty5YaYcOHNCZu