AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında dahi rəhbərin 100 illik yubileyi münasibətilə "Ümummilli Lider Heydər Əliyev - 100” adlı sərgi təşkil olunub.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan bildirilib.
Sərgidə Ümummilli Liderin zəngin siyasi və ictimai fəaliyyətinin əksini tapdığı kitab və monoqrafiyalar, qəzet və jurnallar nümayiş olunur.
"Heydər Əliyev siyasəti: tarix və müasirlik”, "Heydər Əliyev və Şərq: Türk dünyası”, "Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, "Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, "Heydər Əliyev və Azərbaycan parlamenti”, "Heydər Əliyev ideyalarının zəfər yürüşü”, "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, "Qayıdış: 1990-1993”, "Zamanı qabaqlayan dahi”, "Heydər Əliyev və Azərbaycan dili”, "Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi”, "Гейдар Алиев: Искусство прошло всю мою жизнь…”, "Победное шествие идей Гейдара Алиева” və başqalar materiallar nümayiş olunan əsərlər sırasındadır.