Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.e.d., professor Əmir Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası” adlı konfransda iştirak edib.
Bu barədə "TehsilMedia.az"a institutdan bildirilib.
Müdafiə Sənayesi Nazirliyi və Milli Aerokosmik Agentliyi tərəfindən təşkil edilmiş tədbirdə alim "Xəzər dənizinin şimal-qərb sahil ərazilərinin iqlim resursları (Azərbaycan Respublikası akvatoriyasında)” məruzəsi ilə çıxış edib.
Məruzədə Xəzər sahili zonasının təbii iqlim şəraiti kurort-sağlamlıq baxımından çoxillik müşahidə məlumatları əsasında analiz edilir. Xəzər dənizinin səviyyə dəyişmələri ilə əlaqədar sahil zonasında baş verə biləcək proseslər araşdırılır.
TƏHSİL MEDİA