Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Bu barədə "TehsilMedia.az”a AAK-dan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev Ulu Öndərin yaşadığı mənalı ömür yolu, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizə haqqında məlumat verib. F.Mustafayev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra AAK-ın şöbə müdiri Oktay Səmədov və professor Asif Rüstəmli dünyaşöhrətli siyasi xadimin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.